Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması təklif edilir

12 İyun 2019 - 13:23
41 oxunma

“Ali və orta təhsil müəssisələrində dərslərin sentyabr ayının 15- də başlaması özünü doğrultmur. Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir”.

“Reportyor.info” xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib.

Onun sözlərinə görə, dərs ilinin müddətinin 31 maydan 14 iyunadək uzadılması səhv addım olub:

“İki həftə itirilmiş həftədir. 1 sentyabra qayıtmalıyıq. Dünyanın əksər ölkələrində 1 sentyabra “Bilik günü” assosiasiya olunur. Diqqət edin: Təhsil sistemi inkişaf etmiş Yaponiyada dərslər aprel ayının 1-də başlayır. Sakura çiçək açanda. Görsənir ki, onlar bu tarixi seçməkdə yanılmayıblar. Sakura çiçəyi əlbəttə ki, simvola çevrilib.

Biz isə 15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik. Vaxtilə bizdə də 1 sentyabr “Bilik günü” nə assosiasiya olunurdu. Və bu tarix simvola çevrilmişdi”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"