“Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar” – Millət vəkili

13 Aprel 2019 - 10:55
39 oxunma

Millət vəkili Fazil Mustafa olduqca diqqətçəkici bir status paylaşıb.

REPORTYOR.info  xəbər verir ki, o, bir xanım qohumuna 15 il əvvəl Bakı şəhərində xərçəng diaqnozu quyulduğunu və hər il kimyaterapiya aldığını bildirib:“Əlində olub-qalan pulu da dərmanlara sərf olunur. Oğlu illər öncə Qərb ölkələrinin birinə köçüb və maddi durumu yaxşı olduğundan, anasını da yanına aparıb. İndicə xəbər tuturam ki, orada ciddi müayinədən keçirilib və anlaşılıb ki, onkologiyaya aid heç bir problemi olmayıb. Sadəcə, illərdir bədəninə yeridilən kimyəvi maddələr orqanizmində ciddi fəsadlar yaradıb. İndi bədənindən həmin zəhərləri təmizləməklə məşğuldurlar. Səhhəti və moralı xeyli yaxşılaşıb”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar, bu səbəbdən də burada qoyulan diaqnozları elə də ciddiyə almayın!

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"