“Azərbaycanda 3000 nəfərin orqan transplantasiyasına ehtiyacı var” – Deputat

15 Fevral 2019 - 13:13
165 oxunma
“Bu gün Azərbaycanda 3000 nəfərin orqan transplantasiyasına ehtiyacı var, onun heç üçdə birini edə bilmirik”
Medicina.az xəbər verir ki, bunu bu gün keçirilən  V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransında Milli Məclis Səhiyyə komissiyasının üzvü, millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, bununla bağlı qanunvericilikdə təkminləşdirmə aparılır:
“Azərbaycanda orqan transplantasiyası barədə ilk qanun hələ 1999-cu ildə qəbul olunmuşdu. O illərdə dünyada belə orqan köçürülməsi indiki kimi geniş yayılmamışdı. Bu qanunda yalnız canlı insandan insana orqan köçürülməsinə icazə var.
Amma bizdə meyitdən orqan transplantasiyası hələ ki, qanunla dəstəklənməyib. Bunun üçün hüquqi və maddi-texniki baza yoxdur. Milli  Məclisdə səhiyyə komitəsi nəzdində yaradılmış işçi qrupu yeni qanun üzərində işləyir. Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Bundan sonra orqan donorluğu, meyitdən orqan köçürülməsi daha da genişlənəcək”.
Onun sözlərinə görə, yeni qanun qəbul olunduqdan sonra cəmiyyətdə elm adamları, din xadimlərimiz geniş maarifləndirmə işləri aparmalıdır ki, insanlarımız meyitdən orqan köçürülməsinə könüllü razı olsun: “Həmçinin ölkədə maddi texniki baza yaradılmalıdır ki, beyin ölümü keçirmiş meyitdən orqan çıxarılıb, ehtiyacı olan xəstəyə dünya standartlarına uyğun köçürülsün”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"