“Azərbaycana qalib gəlməsək…” – Uelsli futbolçu

13 Noyabr 2019 - 15:50
115 oxunma

“Beyl millidə oyuna çıxmağa hazırdır. Məşqlərdə iştirak edir. O, Uels üçün çox mühüm futbolçudur. Beyl həmişə yüksək xarakter və öz  keyfiyyətlərini göstərir”.

Qol.az xəbər verir ki, bu sözləri Uels millisinin üzvü Ben Deyvis “BBC Sport”a açıqlamasında deyib.

 “Tottenhem”in müdafiəçisi Uelsin Avro-2020-nin seçmə mərhələsində keçirəcəyi son 2 oyunda şanslarını da dəyərləndirib: “İstedadlı heyətə sahibik. Azarkeşlər bizdən çox şey gözləyir. Biz olduqca təmkinli davranmalıyıq. İlk olaraq Azərbaycanı səfərdə məğlub etməliyik.
Sonuncu turda Macarıstanı məğlub edərək komandamızın final mərhələsinə adlaya biləcəyinə inanıram. Oyun planına uyğun hərəkət etməliyik. Şənbə günü Azərbaycana qalib gəlməsək, Macarıstanla matç heç bir əhəmiyyət daşımayacaq”.

Qeyd edək ki, noyabrın 16-sı “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlayacaq.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"