13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan Xocalı aeroportunu vura bilərmi? – Hərbi ekspertdən açıqlama

25 May 2018, 17:23
Siyasət
A A
Azərbaycan Xocalı aeroportunu vura bilərmi? – Hərbi ekspertdən açıqlama

Ötən gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannsiyan Xocalı aeroportunun hərbi məqsədlər üçün isitfadə olunduğunu barədə açıqlama verib. Ovannisyan aerportun mülki uçuşlar və turist daşımaq üçün istifadə olunmasının hələ tez olduğunu da deyib.

“Mülki uçuşlar həyata keçirmək üçün imkan olarsa, maraqlı turistik istiqamətlər yarada bilərik”-deyə Ovannisyan bildirib.

Azərbaycan tərəfi əvvəllər Beynəlxalq Mülki Aviasiya Təşkilatına Xocalı hava limanının Ermənistanın işğalçı qüvvələri tərəfindən istismar edilməsinin həm beynəlxalq hüquqa zidd olduğunu, həm də bölgədə təhlükəsizlik vəziyyətinə xələl gətirdiyini bildirib. Buna baxmayaraq düşmən tərəfin təxribatları davam edir.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov Modern.az saytına danışarkən deyib ki, aeroportun hərbi təyinatla istifadə edilib-edilmədiyini, uçuş aparatlarını müəyyən etmək çətindir:

“Bilirsiniz, Xocalı aeroportu işğal olunmuş ərazidədir. İndiyə kimi həmin ərazidə müxtəlif beynəlxalq normalara zidd, bəzi tələblərin əksinə tədbirlər həyata keçirilir. Məsələn, müəyyən qanunsuz qruplaşmalar, terrorçular hazırlanır, narkotrafik ordan keçir. Yəni bu haqda mütəmadi olaraq məlumatlar var. O cümlədən Xocalı aeroportundan da hərbi məqsədlər üçün istifadə olunur. İlk növbədə bilirik ki, orda ağır təyyarələrin uçuşu üçün imkan yoxdur. Bəlkə də balaca həcmli təyyarələr üçün bu, mümkündür. Ümumiyyətlə, burda yeni bir şey yoxdur. Təbii ki, işğal olunmuş qüvvələr hava məkanını istifadə edirlər və aeroportları, həmçinin digər strukturları da mənimsəyirlər”.

Ş.Ramaldanov qeyd edib ki, Dağlıq Qarabağ işğal olunandan sonra region üçün təhlükələr yaranıb:

“Beynəlxalq normalara zidd olaraq Xocalıda yaşayan sakinləri qovublar və bir sıra hər kəsə bəlli olan məsələlər reallaşıb. Hesab edirəm ki, Xocalıda aeroport varsa, o ancaq mülki deyil, hərbi məqsədlər üçün də istifadə olunacaq. Bu baxımdan region üçün ciddi təhlükədən söz açmaq mümkündür. Bilirsiniz, orda olan qüvvələrin heç biri beynəlxalq qurumların nəzarəti altında deyil. Yalnız dövlət kimi tanınan ərazilər nəzarətdə olur. Həmin ərazi Azərbaycan ərazisidir və işğal olunduğu üçün oranı nəzarətdə saxlamaq olmur. Lakin digər beynəlxalq qurumlar ərazini dövlət kimi tanımadığı üçün ora “qara ləkə” kimidir. Yəni qaranlıq məsələlərin cəmləşdiyi ərazidir. Üçüncü dövlətlər də bu tipli əraziləri bu cür saxlamaqda maraqlıdırlar. İstər Ermənistanda olan silah-sursatları, istərsə Rusiyanın hərbi bazasını gizlətmək üçün adətən Dağlıq Qarabağ ərazisi istifadə olunub və olunur”.

Polkovnikin sözlərinə görə, nə qədər ki, həmin ərazi işğal altındadır belə proseslər davam edəcək:

“Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyünü bərpa etdiyi halda Xocalı aeroportu və digər problemlərə son qoyulacaq. Bu vaxta qədər Azərbaycan heç bir tədbir görə bilməyib. Çünki biz atəşkəs rejimindəyik və onun tələblərinə uyğun olaraq beynəlxalq qurumlar qarşısında öz öhdəliyimiz var. Atəşkəsdən çıxıb öhdəlikdən azad olunanda hansısa addımlar ata bilərik”.

Əvvəlki yazı

Polis rəisi özünə yeni balıq vətəgəsi alıb

Sonrakı yazı

AVTOMATLA DONUZ VURAN POLİS RƏİSİ… – Prokurorluq əvvəlki qərarını ləğv edib təhqiqata başladı!

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.