15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan polisi Vətənə sədaqətlə xidmət edir

15 İyul 2018, 14:14
Cəmiyyət
A A
Azərbaycan polisi Vətənə sədaqətlə xidmət edir

Azərbaycanda ictimai-siyasi sabitliyin ölkəmizin müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biri olduğunu hamı bilir. Əlbəttə ki, sabitliyin qazanılmasının böyük qurbanlar və zəhmət bahasına başa gəldiyi də danılmaz faktdır. Respublikamızın dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşməsi yaxın tariximizin reallığıdır. Həmin dövrdə Azərbaycan polisinin öz üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlməsi də bir həqiqətdir. Daxili işlər orqanları ötən illərdə olduğu kimi, bu gün də şərəfli və əvəzolunmaz fəaliyyətini ləyaqətlə davam etdirir və Azərbaycanın əldə etdiyi böyük uğurların daha da inkişaf etməsinə öz töhfəsini verir.

Azərbaycan Respublikasının dinamik inkişafında polis orqanlarının oynadığı rol danılmazdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır”. Müstəqillik illərində Azərbaycan polisinin qısa zaman kəsiyində fədakar yol keçməsi və qanun pozucularına qarşı barışmaz mübarizə aparması ümummilli liderimizin polis orqanlarının fəaliyyətinə belə yüksək qiymət verməsinə əsas yaratmışdı. Ölkə daxilində hakimiyyət uğrunda aparılan mübarizənin doğurduğu vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü yeni müstəqillik qazanmış respublikanı fəlakətə sürükləyirdi. Vətənin belə ağır anında ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanda vətəndaş qarşıdurmasına son qoymağa, ölkədə sabit inkişafın əldə olunmasına imkan verdi. Həyata keçirilən zəruri tədbirlər ölkənin ictimai-siyasi həyatında hərtərəfli islahatların gerçəkləşməsi ilə nəticələndi. Müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atıldı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradıldı, nazirlik sistemində günün tələblərinə cavab verən yeni qurumlar təsis edildi. Həyata keçirilmiş islahatlar nəticəsində də ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə start verildi, vətəndaşlarımızın dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradıldı. İctimai-siyasi sabitliyin yaradılması da milli iqtisadiyyatın inkişafına, xarici sərmayədarların Azərbaycana maraq göstərmələrinə təkan verdi. 1994-cü il sentyabrın 20-də böyük neft şirkətlərinin iştirakı ilə “Əsrin müqavilə”sinin imzalanması ölkənin böyük tərəqqi yoluna çıxmasını təsdiqləməklə yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycanda ictimai-siyasi sabitliyin bərpasına yönəlmiş hərtərəfli islahatlardan qaynaqlanan bəhrələrin də təntənəsi idi.

Ümummilli liderimiz Heydər Əliyevin öz xalqı qarşısında böyük xidmətlərindən biri də onun siyasi kursunu layiqincə davam etdirə bilən layiqli varis yetişdirməsidir. Ulu öndər 2003–cü ilinoktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Azərbaycan Prezidenti bu gün bu ümidləri doğruldur, ulu öndərin müəyyən etdiyi siyasi kursla qloballaşan dünyanın tələblərinə uyğun olaraq ölkəmiziuğurla irəli aparır.

Əvvəlki yazı

ABŞ Dövlət katibi və Müdafiə naziri Azərbaycana GƏLİR: Qarabağ məsələsi, BÖYÜK HADİSƏ – ŞƏRH

Sonrakı yazı

HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB, ŞAMPAN İÇDİLƏR – VİDEO

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.