02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan futbolunun canlı əfsanəsi əsri yarıladı (FOTO)

02 Oktyabr 2018, 11:44
İdman
A A
Azərbaycan futbolunun canlı əfsanəsi əsri yarıladı (FOTO)

Oktyabrın 4-də Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun 50 yaşı tamam olur.

Trend-in məlumatına görə, karyerası ərzində “Dinamo” (Moskva), “Spartak” (Moskva), “Real Betis” (İspaniya), “Vitoriya” (Portuqaliya) kimi klubların şərəfini qorumuş futbolçu 24 yaşında Rusiya Premyer Liqasında bombardir olmağı bacarıb.

V.Qasımovun karyerası ilə bağlı məlumatlara göz gəzdirərkən ən diqqətçəkən məqamlardan biri onun 14 yaşına qədər həndbolla məşğul olmasıdır. Başqa bir maraqlı nüans isə yubilyarın futbolçu karyerasına başlamasından cəmi bir il sonra – 15 yaşında ikən SSRİ yığmasının tərkibinə daxil edilməsi və 16 yaşında öz yaş qrupunda Avropa çempionu olmasıdır. Nə qədər qəribə də görünsə, V.Qasımov kimi istedadlı futbolçu milli komandamızda cəmi 14 oyuna çıxıb və bu oyunlarda qol vurmayıb.

Cəmi dörd il əsas millinin şərəfini qoruyan futbolçu 30 yaşında – 1998-ci ildə yığma ilə vidalaşıb. Millidəki karyerasından fərqli olaraq, daha uğurlu alınan klub karyerasına nəzər salanda onun 1992-ci ildə “Dinamo” (Moskva) klubunun heyətində keçirdiyi 17 oyunda rəqib qapılarına 16 dəfə yol tapması diqqətdən yayınmır. Onun Rusiya birinciliyində imza atdığı daha bir ilk bir mövsümdə iki dəfə het-trik edən 12 futbolçudan biri olmasıdır. Elə məhz bu uğurlu mövsümün ardından futbolçumuzu “Real Betis” klubu sıralarına qatmağa müvəffəq olur. 1992/1993 mövsümünün yarısını, həmçinin 1993/1994 və 1994/1995 mövsümünü İspaniya klubunda keçirən hücumçu 9 qol vurmaqla komandasının La Liqaya yüksəlməsində böyük rol oynayır. Ancaq mövsümün sonunda Qasımov La Liqanın digər təmsilçisi “Albasete” ilə anlaşır. “Albesete”də 22 oyun keçirən təmsilçimiz mövsümün sonunda “Esixa”nın formasını geyinir.

Yubilyarın karyerasının son illəri isə Portuqaliya ilə bağlıdır. Belə ki, o, əvvəlcə “Vitoriya”da (Setubal) çıxış edir. “İmortal” isə hücumçumuzun son klubu olur və 2001-ci ildə – 33 yaşında karyerasına nöqtə qoyur. Futbolçu karyerasını bitirən forvard Portuqaliyanın aşağı diviziya klubu olan “Gelves”də, Azərbaycan millisində və “Neftçi”də məşqçilik bacarığını sınayıb.

V.Qasımovu digər futbolçularımızdan fərqləndirən başqa cəhət isə onun bir neçə xarici dildə sərbəst danışmasıdır. Belə ki, veteran futbolçu ana dili ilə yanaşı, rus, ispan, portuqal dillərini bilir.

Veteran futbolçumuz UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində ölkəmizi təmsil edib və Bakıda keçiriləcək final oyununun səfiri seçilib.

Əvvəlki yazı

4 nəfərin ölümü ilə nəticələnən qəzaya görə sürücü tutulub

Sonrakı yazı

“Qaçqınkom” bir zənglə Şuşa qaçqınının başını necə aldadıb

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.