19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Azərbaycan futbolu gündəmdən düşüb” – Əfran İsmayılov

10 Oktyabr 2019, 16:22
İdman
A A
“Azərbaycan futbolu gündəmdən düşüb” – Əfran İsmayılov

“Keşlə”nin futbolçusu Əfran İsmayılov Qol.az saytına müsahibə verib. 31 yaşlı futbolçu özü və komandası haqda bir çox məsələlərə toxunub.

– Əvvəlki formanı bərpa etməkdə çətinlik çəkdiyin görünür. Bu mövsüm cəmi 82 dəqiqə meydanda olmusan, fərqlənə bilməmisən.

– Bildiyiniz kimi, zədələndiyim üçün 3 aya yaxın futbol oynamamışam. Heç məşq də eləməmişəm. Nə fərdi, nə də komandayla. Buna görə çətinliklərim oldu. Komandam həm Bakıda, həm də Türkiyədə təlim-məşq toplanışı keçdi və heç birində iştirak edə bilmədim. Artıq çempionat başlayanda komandaya qoşuldum. Amma yavaş-yavaş forma yığmağa başlamışam. Əsas odur ki, avrokuboklar uğrunda mübarizə aparırıq. İstəyirəm ki, qazanacağımız uğurda mən də pay sahibi olum. Hələ qarşıda oyun çoxdur.

– Yəqin sənin üçün ehtiyatda oturmaq çətin olar.

– Formada deyiləm deyə məcbur otururam. İnanıram ki, formamı bərpa edib, əsas heyətdə oynamağa başlayacağam.

– Baş məşqçiniz Tərlan Əhmədov da bildirmişdi ki, Əfran formasını bərpa etsə, komandaya çox köməyi dəyəcək.

– Əlbəttə, biz də – baş məşqçi, rəhbərlik, futbolçular komanda üçün çalışırıq. Sağ olsun məşqçimiz, o da mənə inanır. Həm fərdi, həm də komandayla məşqlərdə formamı bərpa etməyim üçün kömək edir. Deyir, istəyirik ki, sən bizə daha çox kömək edəsən, faydalı olasan.

– Nəzərə alaq ki, ötən mövsüm elə də pis təsir bağışlamamışdın. Çempionatda 3 qol vurub, 3 qol ötürməsi vermişdim və 20 oyunda meydanda olmuşdun. Səncə, ən azı keçən mövsümkü nəticələrini təkrarlaya biləcəksən?

– İnandırım səni, hə. Ehtiyatdan oyuna çıxanda hər epizodu dəyərləndirsəydim, indiyə qədər həmin nəticəni təkrarlaya bilərdim. Həmin şanslardan istifadə edə bilmədim. Həm də verdiyim ötürmələri qolla tamamlaya bilmədilər. İnanıram ki, formaya düşdükcə ötən mövsümkü nəticələrimdən daha yaxşısını edəcəyəm.

– Düşünmürsən ki, yaşın hələ 31 olsa da, çox tez gündəmdən düşdün.

– Belə şeylər olur. Belə baxanda mən yox, ümumiyyətlə, Azərbaycan futbolu gündəmdən düşüb. Çempionatda 8 komanda var. Yəni bu çempionatda oynamaq çətindir. Həm futbolçu qıtlığı var, həm digər səbəblər. İnanıram ki, gələn mövsüm komanda sayı 10-a qalxacaq. Əsas məsələ odur ki, uzun müddət məşqsiz, futbolsuz qaldım. Bunun da futbolçuya təsiri böyükdür. Əvvəlki gücümü qaytaracağımı düşünürəm.

– Son turda sabiq komandan “Sumqayıt”la heç-heçə etdiniz. Heç kim sizi çempionluğa namizəd, iddialı komanda kimi görməsə də, hazırda 11 xalla 2-ci pillədə qərarlaşmısınız.

– Ola bilər ki, çox adam bizi iddialı görməsin. Bu, elə bir tərəfdən bizə əlavə motivasiya verir. Başqa cür yanaşırlar, ancaq öz futbolumuzu oynayırıq, gücümüzü göstərməyə çalışırıq. “Keşlə”nin həqiqətən də adı var. Normal komandadır, normal büdcəsi var. İnanıram ki, bu şəraitdə qışdan sonra daha yaxşı oyun sərgiləyəcəyik və ən azından avrokuboklara gedəcəyik.

– Lider “Qarabağ”a çatmaq əlçatmaz görünür, yoxsa?..

– Əlçatmaz olmasa da, real deyil. Çünki həqiqətən “Qarabağ” çox güclüdür. Ona görə də çətindir. Bizdə əsas odur ki, rəhbərlik və komandada birlik var. “Qarabağ”a çatmaq yox, avrokuboklar haqda düşünürük.

– Səncə, avrokuboklara vəsiqə qazanmaq üçün heyətiniz yetərlidir?

– Yetərli olmasa da, normal heyətimiz var. İnanıram ki, qışdan sonra ən azı 2 futbolçu transfer ediləcək. Bilirəm ki, bunun üzərində işlər gedir. Məşqçilərimiz, menecerlərimiz çalışırlar.

– “Neftçi” ilə xallarınız bərabərdir. Ən azı, ikinci pilləni qorumaq çətin olmayacaq?

– Çətin olacaq. Tək 2 yox, 3-cü, 4-cü pilləni qorumaq da çətin olacaq. Çünki “Qarabağ”dan başqa, bütün komandalar demək olar ki, eyni səviyyədədir. Bir az “Neftçi”nin futbolçularına görə fərqi var. Həqiqətən futbolçu, büdcə, struktur cəhətdən “Neftçi” fərqlidir, flaqmandır. Amma buna baxmayaraq, biz də əlimizi-qolumuzu sallayıb, gözləməyəcəyik. Bizim də yaxşı oyunlarımız olub, müqavimət göstəririk. Qarşıda oyunlar çoxdur. Düşünürəm ki, 2-ci, 3-cü yerlər uğrunda gərgin mübarizə gedəcək.

– Çempionatda sabiq klubun “Qarabağ” maksimum nəticəylə liderdir, onunla sona qədər başabaş mübarizə aparmağa gücü çata bilən “Neftçi” də sizinlə birlikdə ondan 10 xal geridədir. Ötən mövsümlə müqayisədə, çempionatın daha maraqsız, rəqabətsiz olacağını demək olar?

– Bizim üçün daha maraqlıdır. Yəni, ötən mövsüm “Qarabağ”la başabaş mübarizə aparamamışıq ki, bu mövsüm də deyək ki, niyə elə deyil. Keçən mövsüm “Keşlə” çempionatı sonuncu pillədə bitirmişdi. Bu il daha ciddi yanaşırıq. Ötən ilki heyət tamam dəyişib, rəhbərlik tamam başqa cür yanaşır və başqa struktur qurulub. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara gedək. Amma çempionluq mübarizəsi haqda indidən bir söz demək çətindir. Çünki çempionat təzə başlayıb. Belə baxanda görünür ki, “Qarabağ” indidən çempiondur. İndiyə qədər bütün turlarda qələbə qazanıblar. Amma bu, futboldur. Gələcəyi bilmək olmur. Ola da bilər ki, “Qarabağ” 3-4 oyun uduzar və rəqibi ona çatar. Ancaq real baxsaq, “Qarabağ” çempionluğa çox yaxındır.

– Uzun müddət “Qarabağ”da çıxış etmisən, çempionluqlar yaşamısan, Avroliqa, Çempionlar Liqasının qrup mərhələsində oynamısan. Bu mövsüm komandanın avrokuboklardakı çıxışı haqda fikirlərini bilmək maraqlı olardı.

– Sevindirici haldır ki, “Qarabağ”ımız var. “Qarabağ”ın adı nəyə desən dəyər. İnanıram ki, ən yaxşı nəticələri qazanıb, yenə xalqımızı sevindirəcək.

– Ötən illərlə müqayisədə, bu mövsüm komandanın Avroliqanın qrup mərhələsindən çıxmaq şansı daha real görünür. “Qarabağ” çətin “Düdelanj” səfərindən qələbəylə döndü, ikincilik uğrunda əsas rəqibi sayılan APOEL xal itirdi və qarşıda onlarla vacib iki oyun var. Səncə, “Qarabağ” daha bir tarixi uğura imza ata biləcək?

– Mənim də arzum budur. Doğrudan da qrupdan çıxmaq şansları bu il çox böyükdür. APOEL də tanış rəqibdir və keçilməz deyil. Qurban müəllim rəqibi yaxşı analiz etdikdən sonra inanıram ki, növbəti tura keçən tərəf “Qarabağ” olacaq və yeni bir tarix yazacaqlar.

– Həmin yeni tarixin bir parçası olmaq istəyərdinmi?

– Əlbəttə, hamı olmaq istəyər. Amma mən arzularla yaşayan insan deyiləm. Bu gün nə varsa, onunla razılaşıram.

– Son olaraq, “Düdelanj”la oyunda baş verən erməni təxribatı nə düşünürsən?

– Açığı bu, yolverilməz hadisədir. “Qarabağ”ın adı, uğurları onları qıcıqlandırır. İnanıram ki, “Qarabağ” da qrupdan çıxıb, yenə öz sözün deyəcək. Ermənilər həmişə həyasız millət olub. Hər yerdə də bu üzünü göstərib. Ona görə gözlənilən idi ki, belə bir şey etsin. Amma “Qarabağ” oynadığı futbolla onları susdurur.

– Həmin hadisə zamanı “Qarabağ”ın bəzi futbolçuları topla dronu vurmağa cəhd edirdilər. Ekran qarşısında baxanda, düşünmədin ki, həmin an komandada olsan, reaksiyan necə olardı?

– Topla dronu vurmağa gələndə, həmin dronu qırmaq da olardı. Futbolçuları başa düşürəm. Yerə düşürə bilsəydilər, qırıq-qırıq edərdilər, amma yerə düşmədi. Yəni, hər şeyi etmək olardı. Mən orada olsaydım, bəlkə ondan da artığın edərdim. Artıq 1 deyil, 2 deyil, bu təxribatlar həmişə olur. Yenə deyirəm, erməni həyasız millətdir, bizim düşmənimizdir. Onları susdurmaq üçün müharibə olsa, gedəcəyik, olmasa da ən yaxşı susdurmaq yolu “Qarabağ”ın futbolda irəliləməsi, onlarınsa geriləməsidir.

 

Əvvəlki yazı

“Avakova borclu deyiləm…” – Zelenski nazirə vaxt verdi

Sonrakı yazı

Deputat: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.