10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan Dillər Universitetində nələr baş verir?!

19 Dekabr 2018, 00:34
Cəmiyyət
A A
Azərbaycan Dillər Universitetində nələr baş verir?!

Son günlər redaksiyamıza Azərbaycan Dillər Universitetində baş verən qanunsuzluqlarla bağlı həm imzalı, həm də imzasız  məktublar daxil olur. Müraciətlərdə universitetə yeni təyin olunan rektor Kamal Abdullaya qarşı ciddi ittihamlar səsləndirilir, ali təhsil ocağının intriqa məkanına çevrildiyi, təhsilin keyfiyyətinin günbəgün aşağı düşdüyü qeyd olunur.

Virtualaz.org xəbər verir ki, 50 ilə yaxın universitetin kadrlar şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışan Elmira Baxşəliyeva tərəfindən yazılan, həmçinin ölkə prezidentinə də ünvanlanan açıq məktubda bildirir ki, onu şantaj və təhdid yolu ilə iş yerindən uzaqlaşdırmağa çalışırlar.

Məktubda həmçinin universitetdə vəzifələrin satıldığı, rektorun çoxsaylı qohumlarının müxtəlif vəzifələrə təyin edildiyi qeyd olunur. Şikayətçinin  sözlərinə görə, universitetdə çoxsaylı yüksək ixtisaslı mütəxəssislərin olmasına baxmayaraq, rəhbər vəzifələrə savadsız, təcrübəsiz, ixtisası uyğun gəlməyən, elmi adı və dərəcəsi olmayan şəxslərə verilir.

“Yaşadığım problemin əsas səbəbi universitetdə yerlərinin boşaldılması, müəssisədə vəzifələrin satılmasıdır. Kamal Abdullayevin rektor təyin olunandan bəri ADU-ya 200-dən artıq işçi qəbul edib.  İşə qəbul olunanların nə peşəkarlıq keyfiyyətləri, nə də ki ixtisasları universitetin profilinə uyğun gəlmir. Xarici dil müəllimi hazırlayan universitetdə hazırda dil mütəxəssislərinin sayı nisbi götürüldükdə tədricən azalmaqdadır. Universitetdə hökm sürən qeyri-sağlam mənəvi-əxlaqi mühit, universitet işçiləri arasında ayrı-seçkilik insanları de-motivasiya edir”-şikayətçi bildirir.

E. Baxşəliyeva qeyd edir ki, universitetin təmiri məqsədilə keçən tədris ilində 650 min manat, cari tədris ilində isə 400 min manat xərcləndiyini rektor iclaslarda dəfələrlə qeyd etsə də, kollektiv əsaslı təmirin və təchizatın olmamasına şahiddir.

“Universitetin bütün korpuslarında insan sıxlığından nəfəs almaq artıq mümkün deyil. Vəzifələri hərraca çıxaran Kamal Abdullayev yerini boşaltmaq istədiyi işçiyə əvvəl hədə qorxu gəlir, alınmadıqda şər böhtan atır, bu niyyəti də baş tutmadıqda komissiyalar təşkil edir. Köhnə partokrat olaraq komissiya üzvlərinə təzyiqlər göstərir, zavallı əməkdaşlar çıxılmaz vəziyyətdə qalaraq illərlə yoldaşlıq etdikləri iş yoldaşlarına qarşı qurama fəaliyyət  göstərmək məcburiyyətində qalırlar. Hazırda universitetin yüksək rütbəli əməkdaşlarının fəaliyyəti insanlar arasında qarşıdurma yaratmaqdan ibarətdir”, – deyə müraciətdə qeyd olunur.

E. Baxşəliyevanın sözlərinə görə, yeni rektorun Dillər Universitetinə Bakı Slavyan Universiteti və Bakı Multikulturalizm Mərkəzindən gətirdiyi çoxsaylı işçilər ADU-nun kollektivinə yuxarıdan aşağı baxır, bəzən onları ələ salır, bu da onların arasında ikitirəliyin, münaqişələrin yaranmasına yol açır.

Digər məktubda isə ADU-ya Kamal Abdullayevin rektor təyin olunmasından sonra özünə bir neçə müşavir təyin etdiyi qeyd olunur. Bildirilir ki, rektor prokurorluq orqanlarından çıxarılmış Abduləli İsmayılovu icraya nəzarət üzrə müşavir təyin edib. Hansı ki, belə müşavir postunu indiyə qədər nə eşidən, nə görən olmuşdu.

Universitet rəhbərliyinə qarşı ittihamlara cavab almaq üçün ADU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ağa Cəfərli ilə əlaqə saxladıq. O, virtualaz.org-a açıqlamasında universitetin əməkdaşı Elmira Baxşəliyevanın işinin hazırda məhkəmədə araşdırıldığını və ona görə də bu barədə çox danışmaq istəmədiyini dedi.

“Bu xanım işində ciddi nöqsanlara yol verib. Hətta cinayət xarakterli işlər törədib. Hazırda iş məhkəmədə olduğuna görə geniş açıqlama vermək istəmirik. Ancaq onu deyə bilərik ki, bu deyilənlərin hamısı şər və böhtandır. Biz Azərbaycan məhkəməsinin ədalətinə inanırıq və inanırıq ki, bütün həqiqətlər üzə çıxacaq”, – deyə A. Cəfərli bildirib.

Digər anonim məktuba gəlincə isə, universitet rəsmisi onun da böhtan və həqiqətə uyğun olmayan iftiralarla dolu olduğunu deyib . Qeyd edib ki, rektorun  bu və ya digər sahə üzrə müşavir təyin etməyə və ya onu işdən çıxarmağa səlahiyyəti var.

Əvvəlki yazı

BÖYÜK REGİONDA YENİ GÜC MƏRKƏZİ YARADAN BALACA ÖLKƏ…- Qətər Türkiyə ilə birgə güclü hərbi-siyasi blok formalaşdırır

Sonrakı yazı

“Ağ Göl” Milli Parkının qaranlıqları: Loğman Mehdiyevin iqtisadi və siyasi gedişləri

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.