Aysel Əlizadə Xoşqədəmi məhkəməyə verir: Üzr istəsin – FOTO/VİDEO

15 Mart 2019 - 12:33
1851 oxunma

Müğənni Aysel Əlizadə Turanə Nəcəfova adlı qadının ailəsini dağıtması, onun həyat yoldaşı Elçini əlindən alması ilə bağlı ittihamlara cavab verib.

Oxu.Az xəbər verir ki, müğənni “Instagram”da bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini yazıb:

“Son vaxtlar barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran, yəni məlumat mənbələri olan şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər”.

“Dərhal televiziyada və yayımlanan verilişdə barəmdə əsassız fikirlər səsləndirilməsinin dayandırılmasını, həmçinin, təkzib verilməsini, üzr istənilməsini tələb edirəm. Bu məsələ hüquq müstəvisində öz həllini tapacaq.

Məndən açıqlama istəyən dəyərli izləyicilərim, dostlarım, həmkarlarım, susmağıma səbəb bu idi. Bu olanlar məni ruhdan sala bilməz, əksinə, daha da güclü oluram. Və sona qədər haqqımı tələb edəcəyəm”.

9.PNG (291 KB)

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"