“AYDA 120 MİN MANAT “PAKET” ALIRDI…” – Habil Məmmədovla bağlı yeni iddia

16 Fevral 2019 - 15:15
99 oxunma

Vergilər Nazirinin sabiq müşaviri, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsində işləyən Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxıb.

Unikal.org-un əldə etdiyi məlumata görə,  Vergilər naziri Fazil Məmmədovun dövründə H. Məmmədov hər ay 120 min manat paket şəklində pul alırmış. Bu proses 2015-ci ildə olan birinci devalvasiyaya qədər davam edib. Devalvasiyadan sonra isə müşavirin alacağı məbləğ 70 minə qədər azaldılıb.

 Fazil Məmmədov işdən azad olunandan sonra isə yeni vergilər naziri Mikayıl Cabbarov bu məbləği ləğv edib və H. Məmmədovu tutduğu vəzifədən azad edib.

Xatırladaq ki,  Məmmədov Habil Amil oğlu sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb.
Bu yaxınlarda isə o, Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"