10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ayaz Salayev: “İstəmirəm ki, filmlərimi Azərbaycan telekanalları göstərsin”

02 May 2018, 08:30
Cəmiyyət
A A
Ayaz Salayev: “İstəmirəm ki, filmlərimi Azərbaycan telekanalları göstərsin”

Son illərdə ölkədə çəkilən bədii filmlər hardadır?

Azərbaycan kinosu dedikdə ilk ağıla gələn sovet dövründə çəkilmiş “Ögey ana”,  “Arxadan vurulan zərbə”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim” və digər bu kimi  film nümunələridir. Müstəqillik qazandıqdan sonra çəkilən filmlərimizdən isə “Fəryad”, “Bəxt üzüyü”, “Otel otağı” və digərləri yadda qalan olub. Bəs sonra çəkilənlər?

Hər il “Azərbaycanfilm”də azı 2-3 bədii film çəkilir. Hər film üçün isə dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Lakin tamaşaçılar nədənsə həmin filmləri televiziya ekranlarında, kinoteatrlarda görə bilmir. Belə anlaşılır ki, yeni çəkilən bədii filmlər sanki geniş kütlə üçün deyil, ya kino arxivi, ya da beynəlxalq festivallar üçündür.

Yeni çəkilən bədii filmlərimiz hardadır, niyə tamaşaçı həmin filmlərlə tanış ola bilmir?

Bu sualla bir neçə tanınmış rejissora müraciət etdik.

Oqtay Mirqasımov ile ilgili görsel sonucu

Xalq artisti Oqtay Mirqasımov sualımıza çox qısa cavab verdi: “İqtisadi məsələlərdə mən çox zəifəm. Ona görə istərdim ki, bu sualı mənə deyil, sosioloqa müraciət edəsiz”. Qeyd edək ki, xalq artisti Oqtay Mirqasımov son 15 ildə “Ovsunçu” (2002), “Arzularını çəkən rəssam” (2007), “Qaşqayın son proqnozu” (2007), “Günaydın, mələyim” (2008), “Qisas almadan ölmə. Keçmişdən məktublar” (2014) adlı filmlərin rejissoru olub. Bu filmlər arasında tamaşaçıya daha çox “Ovsunçu” filminin adı tanışdır. Çünki film müəyyən zamanlarda televiziya ekranlarında nümayiş olunur.

Son illərdə “Əlavə təsir” (2010), “Dolu” (2012), “Yarımçıq xatirələr” (2015) filmlərinin rejissoru olan, əməkdar incəsənət xadimi Elxan Cəfərov isə mövzuya bu cür şərh bildirdi: “Deməzdim ki, yeni çəkilən filmlər nümayiş olunmur. Məsələn, çəkdiyim son iki film Qarabağ problemlərindən bəhs olunduğu üçün müəyyən təqvimlərdə, o cümlədən işğal günləri, 20 Yanvarda, Xocali faciəsi günündə televiziya ekranlarında nümayiş olunur. Amma ümumilikdə bəli, çox istərdik ki, dövlət studiyasında çəkilən filmlər bütün televiziya ekranlarında nümayiş olunsun, təbliğatı aparılsın. Çünki kommersiya tipli filmlərin təbliğatına ehtiyac yoxdur. Dövlət filmləri kommersiya tipli olmadığı üçün bu filmlər haqqında daha dərindən düşünməyə dəyər.

Kinoteatrlarda nümayiş olunan 5 filmdən 3-ü kommersiya filmləridir. Bu filmlərə baxanlar da ən çox gənclərdir. Gənclər daha çox əyləncə axtarır, ona görə də ciddi filmlərə baxmağa getmir. Yəni ciddi filmlərin kommersiya və əyləncəli tərəfi o qədər də güclü deyil. Amma düşünürük ki, ciddi filmlərə kinoteatrlarda baxmaq istəməyən gənclər ona televiziya ekranlarından baxar. Bu problemin günahkarı kimdir, onu deyə bilmərəm. Sadəcə, qeyd edə bilərəm ki, bu problemlər vaxtaşırı inkişaf üçün yaranmış problemlərdir və öz həllini mütləq tapmalıdır”.

Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Ayaz Salayev isə filmlərin televiziya ekranlarında nümayiş olunmasının əleyhinə olduğunu bildirdi: “Ümumiyyətlə, yeni çəkilən filmlər televiziya ekranlarında deyil, kinoteatrlarda nümayiş olunmalıdır. Şəxsən mən istəmirəm ki, filmlərimi Azərbaycan telekanalları göstərsin. Adamlar pul verib, bilet alıb kinoya getməlidir. Hətta köhnə kinolarımız üçün də ayrıca kinoteatr olmalıdır, həmin filmlər orada göstərilməlidir və sairə. Ümumiyyətlə, fikrimcə, filmlər televiziya üçün deyil. Çünki artıq internet resursları, komyüterlər, notbuklar var. Məsələn, mən bəzən aylarla televiziyadan istifadə etmirəm. İstədiyin məlumatı internet vasitəsilə almaq olur. Heç xəbərim yoxdur ki, mənim filmlərim televiziya ekranlarında gedir, ya yox… ”

Xatırladaq ki, resjissor Ayaz Salayevin çox çəkdiyi filmlər “Koma 0,1 saniyədə” (2007), “Ağ-qara gecələr” (2013), “Sübhdən başlanan həyat” (2015), “Qarabağın həsrət salnaməsi”dir (2016). Rejissorun yalnız son illərdə çəkdiyi filmlər arasında yalnız “Yarasa” (1995) filmi tamaşaçılara tanışdır. Film ekranlarda 1-2 dəfə nümayiş olunub, daha sonra ekranlardan yığışdırılıb. Buna səbəb kimi isə filmdəki açıq-saçıq səhnələr göstərilib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Əvvəlki yazı

Kiyevdə deputatın çənəsini sındırıb Bakıya qaçan kimdir? (VİDEO)

Sonrakı yazı

Eldar Mahmudovun həbsdəki komandasına mesajı: “Məni satmayın!”

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.