12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Axtarışda olan şəxs başqa adla Narkoloji Mərkəzdə gizlənibmiş –Məhkəmə prosesində sensasion fakt açıldı

04 Dekabr 2018, 23:06
Uncategorized
A A
Axtarışda olan şəxs başqa adla Narkoloji Mərkəzdə gizlənibmiş –Məhkəmə prosesində sensasion fakt açıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Reportyor.info “Report”a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Nail Talıbov ifadə verib.

O deyib ki, spirtli içkidən əziyyət çəkdiyi üçün Mərkəzdə müalicə alıb.

Zərərçəkmiş bildirib ki, yanğından əvvəl yuxudan oyanıb: “Sanitar qovşağına gedib əl-üzümü yudum. Mərkəzdə 11-ci palatada qalırdım. Ora qayıdanda 16-cı palatadan Kamil adlı oğlanın səsini eşitdim ki, yanğın var. Cəld həmin palataya getdim. Orada yanğın var idi, söndürdük. Bu zaman yorğanın da alovdan alışdığını gördüm. Palatamda suyumuz vardı, onu gətirib tökdüm. Xeyri olmadı, otaqda yaşlı kişi vardı, ona kömək edib çölə çıxardım. Yanğınsöndürənlər gələnə kimi Mərkəzin mühafəçisi Amidlə yanğını söndürməyə kömək etmişəm”.

O söyləyib ki, alov ən çox 15-ci palatadan gəlib: “Alovlar ən çox ordan çıxırdı. Lambrin də alışmağa başlamışdı. Məhəmmədi çöldə görmüşəm. Onunla salam-sağ olum vardı. Heç kimə qarşı şikayət və tələbim yoxdur”.

Prosesdə daha sonra zərərçəkmiş kimi Şirzad Əsədov dindirilib. Məlum olub ki, zərərçəkmiş kimi tanınan şəxs cinayət törətdiyi üçün həbsdədir.

Ş.Əsədov bildirib ki, Mərkəzə gələndə ad-soyadını yanlış deyib: “Mən 3 ay idi ki, axtarışdaydım. O zaman həbsdən az bir müddət idi ki, çıxmışdım. Həm müalicə olmaq üçün, həm də həbsə düşməmək üçün Mərkəzə müraciət etdim. Azad müəllimə adımı və soyadımı səhv dedim. Məni palataya köçürdülər. Bir-iki gündən sonra bu hadisə baş verdi. Həmin gecə tüstünün qoxusuna oyandım, boğulurdum. Tez çölə qaçdım. Hər yanı tüstü bürümüşdü, duman kimi idi. Göz-gözü görmürdü. Birtəhər çölə çıxdım. İlkin yardım elədilər, boğulurdum. Sonra bizi başqa palataya köçürdülər. Araşdırma başlayanda bildilər ki, axtarışdayam. Mən orada tutuldum. Heç kimdən şikayət və tələbim yoxdur”.

Məhkəmə prosesi davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.

Əvvəlki yazı

PREZİDENT İLHAM ƏLİYEV “BAKUTEL-2018” SƏRGİSİ İLƏ TANIŞ OLDU, “ROSSİYA-24”ə MÜSAHİBƏ VERDİ:”Düşünürəm ki, rusiyalılar məni eşidəcəklər”

Sonrakı yazı

Zeynalovla Mehdiyevi itirən MTN-çi başçının Kürdəmiri tar-mar edən çetesindəki – Adlar

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.