06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AVROPA PARLAMENTİNDƏ BÖYÜK QALMAQAL: PESKOVUN QIZI QURUMA NECƏ YOL TAPIB?- “Kreml öz uşaqlarını bura agent kimi göndərir”

26 Fevral 2019, 00:35
Manşet
A A
AVROPA PARLAMENTİNDƏ BÖYÜK QALMAQAL: PESKOVUN QIZI QURUMA NECƏ YOL TAPIB?- “Kreml öz uşaqlarını bura agent kimi göndərir”

Avropa Parlamentində Putinin mətbuat katibi Dmitri Peskovun qızı ilə bağlı böyük qalmaqal yaranıb. Qalmaqala 21 yaşlı Yelizaveta Peskovanın Avropa Parlamentində təcrübə keçməsi və bir çox deputatların bundan xəbərsiz olması səbəb olub. Bir neçə həftə əvvəl işə başlayan Yelizaveta bu yolla Avropa Parlamentinin məlumat bazasına, həmçinin daxili kompüter şəbəkəsinə tam çıxış imkanı əldə etmiş olub.

Yelizaveta Peskova Fransadan olan deputat Emerik Şopradın yanında təcrübə keçir. O, deputatın ofisində rəsmən qeydiyyata da götürülüb.Şoprad mətbuata açıqlamasında nüfuzlu bir rusiyalı məmurun qızının onun komandasında işlədiyini təsdiqləyib. Və əlavə edib ki, bu, onun Avropa Parlamentindəki ikinci təcrübəsidir.

“Xanım Peskova Rusiya Federasiyasının əhəmiyyətli bir şəxsinin qızıdır. Bir tələbə olaraq onun hüquqları burada təcrübə keçən digər gənclərin hüquqlarından az deyil. Üstəlik xanım Peskova öz ölkəsinin nə özəl, nə ictimai qurumlarında peşəkar fəaliyyətlə məşğuldur. Bu səbəbdən də, burada mənim Avropa Parlamentinin deputatı kimi mandatımın icrası ilə bağlı maraqların toqquşmasından söhbət gedə bilməz”, – deyə Şoprad medianın sorğusuna cavabında bildirib.

Şoprad – Avropa Parlamentində Xarici İşlər Komitəsinin, həmçinin təhlükəsizlik və müdafiə məsələləri üzrə Alt Komitənin üzvüdür. O eyni zamanda Avropa Birliyi-Rusiya parlamentlərarası əməkdaşlıq Komitəsinin nümayəndəsidir.

Şoprad rusiyameylli mövqeyini heç vaxt gizlətməyib. 2014-cü ildə Krımın ilhaqı zamanı o, Moskvanın təşkil etdiyi “referendumu” izləyən müşahidəçilərdən biri olub. Məhz həmin “referendumda” Krım sakinləri Rusiya ilə birləşmək istədiklərini ifadə etmişdilər.

Həmin vaxt Şoprad Avropa Birliyinin ümumi mövqeyinə zidd olsa da, referendumun əsaslı olduğunu bildirmişdi.

Emerik Şoprad

 

2015-ci ilin sonuna qədər Şoprad Marin Le Penin sağçı “Milli Cəbhə” partiyasının üzvü və partiyanın Avropa Parlamentinə namizədlərindən olub. Sonradan o, Marin Le Peni antisemitizmdə ittiham etmiş və müstəqil deputat olmuşdu. Bunun ardından Şoprad Avropa Parlamentinin digər sağ-populist Avropa Azadlıq və Demokratiya qrupuna qoşulub. Qrupa İtaliyanın “Beş ulduz” Hərəkatı və Böyük Britaniyanın Müstəqilliyi Partiyası da daxildir.

Yelizaveta Peskova Dmitri Peskovun Yekatirina Solotsinskaya ilə nikahından olan qızıdır. Cütlük 1994-cü ildə ailə qurub, 2012-ci ildə isə boşanıb. Peskovla ayrılandan sonra Yekatirina qızı Yelizaveta ilə birlikdə Fransaya köçüb.

Tanınmış rusiyalı müxalifətçi, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı 2017-ci ildəki araşdırmasında üzə çıxarmışdı ki, Yekatirina Solotsinskayanın Parisdə aldığı mənzilin 25 faizi Yelizavetaya məxsusdur. Fondun əldə etdiyi məlumata görə, mənzil 1 milyon 770 min avroya alınıb. Bu məbləğin 73 faizi (1 milyon 300 min avro) Solotsinskaya tərəfindən nağd ödənilib, yerdə qalan 470 min avro VTB bankın Fransadakı törəmə müəssisəsindən ipoteka krediti şəklində götürülüb. Özü də cəmi 2,7 faizlə. Halbuki həmin vaxt bankın illik faiz dərəcəsi 12 olub.

Rəsmi sənədlərdən yeni mənzilin Parisin ən bahalı rayonlarından birində – “Eyfel” qülləsinin yaxınlığında yerləşdiyi məlum olub. Sahəsi 180,25 kv.m. olan mənzildə təkcə yataq otaqlarının sayı 4-dür.

Navalnı bildirir ki, Yekatirina Fransada bahalı həyat tərzi sürür, şəxsi təyyarələrdə uçur, yüksək vəzifəli şəxslərlə oturub-durur. Solotsinskaya fransız dilini bilmir, üstəlik heç bir işi də yoxdur. Atası və babası sovet diplomatlarından olan Solotsinskaya sadəcə bir müddət Parisdəki Rusiya Elm və Mədəniyyət Mərkəzinin rəhbəri olub.

Yekatirina Solotsinskaya qızı Yelizaveta ilə

 

Belə olan halda da araşdırma müəllifi Yekatirina Solotsinskaya və qızının dəbdəbəli həyatının arxasında Peskovun korrupsiyaya bulaşmış pullarının durduğuna heç bir şübhə qalmadığını iddia edir.

Fransadakı təhsili barədə Y.Peskova ilk dəfə 2016-cı ildə danışmışdı. Bildirmişdi ki, fransalı şagirdlər imtahana mobil telefon keçirməyə və ya hazır cavabları əvvəlcədən əldə etməyə çalışmırlar: “Üç il əvvəl Rusiyaya getdiyim vaxtı xatırlayıram. Açıq deyim ki, cəhənnəm əzabı idi. Rusiya təhsil sistemini təcili dəyişmək lazımdır. Hesab edirəm ki, bunu istəyən təkcə mən deyiləm. Bağışlayın, amma onlara elə gəlir ki, yer üzündəki bütün informasiyaları bilmək lazımdır. Avropada müəllimlər stol arxasında oturub hər şeyi elə danışırlar ki, sanki biz şagird yox, onların nəvələriyik. Sadəcə həzz alırsan. İnanın ki, çox nadir hallarda kiminsə yuxusu gəlir və ya kimsə telefonda qurdalanmaq istəyir. Tələbələr imtahana telefon və ya hazır cavabları keçirmək barədə düşünmürlər belə. Avropada mənə gülürdülər ki, siz ruslar niyə beləsiniz?! İmtahanı bu qədər mürəkkəb etməyə nə ehtiyac var ki, əgər cavabları istənilən şəkildə tapmaq olur və çoxu da pulla qiymət alır. Düzdür, belə şeylər bütün dünyada var. Amma heç də hər yerdə çalışmırlar ki, imtahanda cavabları köçürsünlər. Bu, təkcə onların günahı deyil. Rusiya məktəbləri və universitetlərində tədris olunanların hamısını yadda saxlamaq həqiqətən çətindir. Düzünü desəm, Fransada universitetdə mən daha çox şey öyrəndim, nəinki bir il Moskva Dövlət Universitetində oxuyanda. Rusiyada gənclər daimi təzyiq altındadır, Avropada isə hər şeyi əyləncəli oyun halına gətiriblər. Rusiyada təhsil sistemi ölüb. Amma onu diriltmək olar. Və bunu təcili etmək lazımdır».

Rusiya təhsil sistemini “cəhənnəm” adlandıran Peskovanın bu açıqlaması bomba effekti yaratmışdı. Bundan sonra Rusiya Dövlət Dumasına məmur övladlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsi təqdim edilmişdi.

Yelizaveta sosial şəbəkələrin aktiv istifadəçisidir. “İnstagram”da 80 min izləyicisi olan Peskova tez-tez Moskva, Paris və Brüsseldə çəkdirdiyi fotolarını paylaşır, “qlamur” həyat tərzini nümayiş etdirir. Sosial şəbəkələrdə onun Avropa Parlamentində çəkilən fotosu yoxdur.

Yelizaveta Peskova

 

Avropa Parlamentində təcrübə keçənlər deputatın büdcəsindən maaş alırlar. Bu büdcə isə avropalı vergiödəyicilərin hesabına formalaşır. Təcrübə keçən şəxsin nə qədər əmək haqqı alacağını deputat müəyyənləşdirir. Bir deputatın aylıq xərcləri 25 min avrodur. Təcrübə keçən şəxsin isə maaşı 1600 avrodan çox olmur.

Avropa Parlamentinin deputatı təcrübə keçənin qeydiyyatına da cavabdehdir. Əvvəlcə müvəqqəti, sonra daimi akreditasiya sənədi verilir. Daimi akreditasiyanı bütün sənədlər təqdim edildikdən üç həftə sonra almaq olur. Şoprad əminliklə bildirir ki, Yelizaveta ilə bağlı bütün prosedurlar gözlənilib və onunla müqavilə parlament tərəfindən təsdiqlənib.

Avropa Parlamentində bir çox deputat Peskovanın parlamentdə olmasından narahatdır. Jurnalistlərin araşdırmasından sonra o da məlum olub ki, deputatların əksəriyyəti Avropa Parlamentində Rusiyanın yüksək ranqlı məmuru ilə sıx əlaqələri olan bir şəxsin işləməsindən xəbərsiz imişlər.

Sağ-mərkəzçi Avropa Xalq Partiyasından olan deputat Sandra Kalniete Rusiya prezidentinin mətbuat katibinin qızının Avropa Parlamentində təcrübə keçməsini yanlış addım kimi qiymətləndirib: “Bu, Avropa Parlamentinin təhlükəsizlik qaydalarının pozulmasıdır. Peskovanın burada işləməsi məndə təşviş yaradır”.

Bu barədə rəhbərliyə müraciət göndərdiyini deyən Kalniete baş verənləri yolverilməz adlandırıb.

Başqa bir deputat Petras Austreviçus Peskovanın Avropa Parlamentində təmsil olunmasını bu qurum üçün böyük utanc adlandırıb. Deputat hesab edir ki, bu, Avropa Parlamentindəki sağçı qruplarla Kreml arasında maliyyə əlaqələrinin olduğundan xəbər verir: “Avropa Birliyi ilə kritik münasibətlərdə olan Kreml öz uşaqlarını bura Avropa Parlamentindəki qruplara təsir edə biləcək agent kimi göndərir. Hesab edirəm ki, həmin qruplara etibar etmək olmaz, onlar siyasi cəhətdən korrupsiyalaşıblar və maliyyə cəhətdən Kremlin siyasətindən asılıdırlar”.

Deputat Knut Flekenşteyn isə bildirib ki, Peskova kimi şəxslər Avropa Parlamentinin əməkdaşına çevriləndə bu, ictimai şəkildə elan edilməlidir: “Mən bu xanımın olduğu komitədə çalışıram. Şəxsən mən ona bir söz deməzdən əvvəl iki dəfə düşünərəm. Əgər aramızda Rusiya Federasiyasının bu qədər vacib şəxsinin ailə üzvü işləyirsə, bu, ən azı ictimai şəkildə elan edilməlidir”. 

Hazırladı:G.Hüseynova

Strateq.az

Əvvəlki yazı

XOCALI SOYQIRIMINDAN 27 İL ÖTÜR

Sonrakı yazı

Dünya Bankı Azərbaycanı “kölgə iqtisadiyyatını” rəsmiləşdirməyə çağırır: “Vergilərin ÜDM-də xüsusi çəkisi cəmi 14 faizdir”

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.