Avropa Məhkəməsi Gürcüstanı 56 min avro cərimələdi –Üç iş üzrə

18 İyul 2019 - 14:25
81 oxunma

İnsan Haqları üzrə Avropa Məhkəməsi Gürcüstanla bağlı üç məsələ üzrə qərarını açıqlayıb.

Məhkəmə “Vazaqaşvili Gürcüstana qarşı”, “Rustavi 2” televiziya kanalı və “Qoqoladze Gürcüstana qarşı” işlərini nəzərdən keçirib.

Məhkəmənin qərarı ilə Gürcüstan hökumətinin üzərinə Vazaqaşvilinin işi üzrə 50 min avro məbləğində kompensasiya ilə bağlı öhdəlik qoyulub.

“Rustavi 2” ilə bağlı məhkəmə heç bir qanun pozuntusu müəyyən etməyib.

Qoqoladzenin işi üzrə qərara əsasən isə Gürcüstan hökuməti 6 min avro kompensasiya ödəməli olacaq.

Hökumət iddiaçılara məbləği üç ay ərzində ödəməlidir.

Qeyd edək ki, Zurab Vazaqaşvili 2006-cı ilin mayında Tbilisidə keçirilən xüsusi əməliyyat zamanı ölüb. Faktla bağlı yeni istintaqın aparılması ilə bağlı bir sıra aksiyalar keçirilib. Z. Vazaqaşvilinin ailəsinin Strasburq məhkəməsinə müraciəti 2007-ci ildə qəbul olunub.

Nodar Qoqaladze 2008-ci ilin fevralında Borjomidə saxlanılıb. O, polis bölməsində fiziki zorakılığa məruz qaldığını iddia edib/Report.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"