15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Avropa İttifaqı isterikada: Rusiyanın avrozona gedişi…

31 Mart 2020, 22:33
Siyasət, Araşdırma
A A
Avropa İttifaqı isterikada: Rusiyanın avrozona gedişi…

Mixal Pur

“İnfo.cz”, Çex Respublikası, 30.03. 2020

 

Avropa Birliyi (AB) liderlərinin pandemiya zamanı keçirdikləri sammit tam məyusluqla başa çatdı. Onların ən mühüm məsələlərlə bağlı fikirləri diametral şəkildə bir-birinə əks oldu. Bu arada, rus və çinli epidemioloqların Avropada ortaya çıxması faktı da Avropa Birliyinin çarəsizliyinin nəticəsidir.

Liderlərin bu sammiti AB-nin hətta koronavirus böhranı zamanı birlikdə olduğunu təsdiq etmək məqsədilə planlaşdırılmışdı. Ancaq bunun yerinə, sammit mübahisələrlə və məyusluqla başa çatdı.

Bu durum, əslində, AB-nin şimalı və cənubu arasında müxtəlif baxışlar və digər fərqlər üzündən artıq çoxdan yaranıb. Və nəticəsi nə oldu? Bəlkə də ən pisi oldu. AB ölkələrinin liderləri iki həftədən sonra yenidən danışıqlar aparacaqlar. Hadisələrin mövcud inkişafı nəzərə alınarsa, danışıqlar çox uzun çəkəcək.

Elə sahələr var ki, orada baş nazirlərin və prezidentlərin mövqeyi yaxınlaşır, lakin ən mühüm məsələlərlə əlaqədar onların mövqeyi bir-birinə diametral əks olur.

Söhbət mövcud böhran şəraitində avrozonada qaçılmaz olan zərərlərin minimal səviyyəyə endirilməsi məqsədilə istifadə oluna biləcək, necə deyərlər, koronavirus istiqrazlarından gedir.

Ən çox zərər çəkən ölkələr olan İtaliya və İspaniya artıq çoxdan borclanıblar və avrozona bir dəfə onları xilas etməli olub. Sadə desək, bu durum zəngin şimalın yoxsul cənuba görə ödəməli olduğunu göstərir. Bu, ilk öncə büdcə məsuliyyətinin birinci sıraya qoyulduğu Almaniyanın xoşuna gəlmir.

Amma alman yanaşması İtaliya Baş naziri Cuzeppe Konteni qəzəbləndirdi. O, böhrandan adekvat çıxış yolu tapması üçün Brüsselə 10 gün vaxt verdi.

“Politiko”-nun xəbərinə görə, qəzəbli italyanı koronavirusun əfv etmədiyi İspaniya qızğın şəkildə dəstəklədi. Nəhayət, onların sözləri 3 saatlıq sözlü atışmaya səbəb oldu və AB liderləri, doğrusu, məzmunsuz olan bir mətni çətinliklə razılaşdıra bildilər.

Kimsə etiraz edə bilər ki, son günlər üzv ölkələr, bir az olsa da, özlərinə gəliblər, ticarət əngəllərini tədricən aradan qaldırmağa başlayıblar, bəziləri isə real olaraq bir-birinə kömək etməyə başlayıblar.

Lakin AB Komissiyasının ilkin reaksiyasının yavaş və ləng, görülən tədbirlərin xaotik olması, həmrəyliyin isə kölgəsinin belə görünməməsi faktını inkar etmək, çətin ki, mümkün olsun. İndi ən aydın olan şeylər məhz bunlardır.

Əlbəttə, böhrandan çıxmaq üçün maliyyə alətlərinin yaradılması mürəkkəb iş ola bilər, lakin bu, kifayət qədər sürətlə dibə bata biləcək adamların vecinə deyil.

AB-nin şimalı və cənubu arasında hələ də yalnız iqtisadi sahədə deyil, ideya sahəsində də aşılmaz fərqlərin mövcud olması da onları maraqlandırmır. Bəli, baş nazirlər və prezidentlər yekunda birgə bəyanatı razılaşdırdılar. Nə olsun? Bunun nə effekti olacaq?

Siz rus hərbçilərinin “humanitar” yardım çərçivəsində İtaliyaya necə çıxarıldığını, çin “ekspertləri”nin isə hara mümkündürsə getdiyini yenidən gördükdə, dərk edəcəksiniz ki, bu, dünya miqyaslı bir sui-qəsd deyildir.

Bu, sadəcə olaraq Avropanın çarəsizliyinin və AB müqavilələrində haqqında çox yazılan həmrəyliyin olmamasının nəticəsidir.

Artıq AB-nin hər iki ayağı axsayır, Rusiya və Çin isə yaranmış vəziyyətdən istifadə edir. Onlar üçün bu, bizim üzümüzə ucuz yolla tüpürmək vasitəsidir. Lakin günahkar olan bizim özümüzük.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Rüştü ölümlə çarpışır

Sonrakı yazı

Prezident neft haqda: “Böyük problemlər yarada bilər”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.