Avropa çempionatı:Azərbaycan yığması daha 3 medal qazanıb

13 Aprel 2019 - 22:34
63 oxunma

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlarda 5 dəst medal öz sahibini tapıb.

Reportyor.info-nın məlumatına görə, Şaban Donatın rəhbərlik etdiyi komanda günü 1 gümüş və 2 bürünc medalla bitirib.

Yığmamızın heyətində İslam Abbasov çempionatı ikinci yerdə başa vurub. 87 kq çəki dərəcəsində finala kimi irəliləyən pəhləvanımız çempionluq üçün ukraynalı Jan Belenyukla üz-üzə gəlib. Təmsilçimizin qarşılaşmada öndə olsa da, yekunda 1:5 hesabı ilə uduzub.
Komandamıza digər medalı Eldəniz Əzizli (55 kq) qazandırıb. Dünya və Avropa çempionumuz 3-cü yerlə kifayətlənib. O, bürünc medal uğrunda görüşdə Şerif Kılıcı (Türkiyə) 8:0 hesabı ilə məğlub edib.

63 kq çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov da qitə birinciliyində fəxri kürsüyə yüksəlməyi bacarıb. Həmyerlimiz bürünc medal uğrunda Slavik Qalstyana 6:2 hesabı ilə qalib gələrək, 3-cü yeri tutub.

Bu güləşçilərdən fərqli, Elvin Mürsəliyev (77 kq) və Sabah Şəriəti (130 kq) təsəlliverici görüşlərdə uduzublar. Güləşçilərimizi müvafiq olaraq, Arsen Culfalakyan (Ermənistan) və Aleksu Çiure (Rumıniya) məğlub edib.

Yunan-Roma güləşçilərinin mübarizəsinə sabah yekun vurulacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərin yarışında Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq), Şərif Şərifov (92 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıb.

Qadın güləşçilərin yarışında isə Elis Manalova (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq) və Tatyana Omelçenko (62 kq) qitə birinciliyini üçüncü yerdə bitirib.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"