“Avakova borclu deyiləm…” – Zelenski nazirə vaxt verdi

10 Oktyabr 2019 - 16:14
71 oxunma

Ukrayna prezidenti Vladimir Zelenski hökumət üzvlərini hədələyib və işinin öhdəsindən gələ bilməyənləri vəzifəsindən azad edəcəyini bildirib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Zelenski bu barədə press-marafon zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ukrayna prezidenti daxili işlər naziri Arsen Avakovla bağlı suala cavab verərkən qeyd edib ki, gələn ilin əvvəlindən Ukraynanın yeni DİN rəhbəri ola bilər: “Mən ona heç nə borclu deyiləm… Sınaq müddəti var. DİN-də yeni simalar görmək istəyirik. Mən bütün nazirlərə demişəm. İlin sonunadək real işlər təqdim etməlidirlər. Əks halda hamısı azad ediləcək…”

Ukrayna mətbuatı yazır ki, bununla da prezident daxili işlər nazirini ilin sonunadək dəyişəcəyinin anonsunu vermiş olub.

Xatırladaq ki, yeni nazirlər kabinetində köhnə heyətdən qalan iki nazirdən biri olan erməni əsilli Arsen Avakov Ukrayna siyasətində oliqarxlarla əlaqəli mafioz şəxslərdən biri sayılır. Bu səbəbdən Zelenskinin yeni kabinetdə ona yer verməyə məcbur olduğu qeyd edilirdi. Lakin o da bildirilirdi ki, prezident bir qədər “yerini bərkidəndən” sonra Avakovla vidalaşacaq. Görünür, artıq həmin vaxt yaxınlaşıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"