13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ATAMBAYEVİN HƏBSİNƏ HAZIRLIQ GEDİR?- Qırğızıstanda eks-prezidentlər toxunulmazlıq hüququndan məhrum edilir…

28 Dekabr 2018, 18:54
Manşet
A A
ATAMBAYEVİN HƏBSİNƏ HAZIRLIQ GEDİR?- Qırğızıstanda eks-prezidentlər toxunulmazlıq hüququndan məhrum edilir…

Dekabrın əvvəllərində Qırğızıstan parlamenti eks-prezidentlərin toxunulmazlıq hüququndan məhrum edilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşdan keçirdi. Yeni qanun ölkənin keçmiş rəhbərləri arasında kimləri narahat etməlidir? Namizədlər elə də çox deyil. Müstəqil Qırğızıstanın tarixində prezident postunu tutan cəmi dörd siyasətçi var ki, onlardan ikisi – Əskər Akayev və Kurmanbek Bakiyev onsuz da eks-prezident statusundan məhrum ediliblər. Deməli, qalır iki nəfər – Roza Otunbayeva və Almazbek Atambayev.

İcmalçılar xatırladır ki, Qırğızıstanın mövcud konstitusiyası qüvvədə qalarsa, hazırkı prezident Sooronbay Jeenbekov da birinci müddəti başa vuran kimi, eks-prezidentlərin siyahısına düşəcək. Və immunitetini itirəcək.

Hazırda toxunulmazlıq hüququ keçmiş prezidentləri məlum postu tutarkən yol verdikləri əməllərə görə nə inzibati məsuliyyətə, nə də cinayət məsuliyyətinə cəlb etməyə imkan verir. Həmçinin bu hüquq onları həbslərdən, sorğu-suala çəkilməkdən və bir sıra başqa xoşagəlməzliklərdən də qoruyur.

“Hazırkı qanuna görə, eks-prezidentlər bu postda olduqları zaman yol verdikləri hərəkətlərə görə heç bir məsuliyyət daşımırlar. Qanundakı bu normaya birmənalı olaraq yenidən baxılmalıdır”, – deyə Qırğızıstandan olan siyasətçi Taalatbek Masadıkov bildirir.

2010-cu il konstitusiyasının müəlliflərindən Omurbek Tekebekov isə hesab edir ki, bu norma düzgün təfsir olunmur. Və belə şərh olunması üçün qanuni əsas yoxdur: “Məlum məqam prezident haqqında qanuna əlavə edilən aktda yer alıb ki, burada da tam müəyyənlik yoxdur. Mübahisələr də bu səbəbdən yaranıb”.

“Fikrimcə, inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi, Qırğızıstanda da səlahiyyətlərini icra etdiyi dövrdə prezident müəyyən immunitetə sahib olmalıdır. Lakin bu postdan gedəndən sonra o, bu cür əlavə imtiyazları olmayan adi vətəndaşa çevrilir”, – deyə Masadıkov bildirir: “Siz indi adi vətəndaşsınızsa və prezident olduğunuz müddətdə qanunu pozmusunuzsa, bunu subut edəcək yetərli dəlillər olduğu təqdirdə, cəzalandırılmanız haqda məsələ qaldırmaq hüququna malik xüsusi orqan olmalıdır. Məsələ konkret Akayevə, Bakiyevə, Atambayevə və Otunbayevaya aid deyil. Hesab edirəm ki, müəyyən hallarda fəaliyyətdə olan prezidenti də toxunulmazlıq hüququndan məhrum edən prosedur olmalıdır”.

Qırğızıstan hakimiyyətində təmsil olunan mənbə “DW”-yə bildirib ki, eks-prezidentlərin immuntetinin ləğvinə dair addımlar Atambayevə qarşı yönəlib. Əsas səbəb də Atambayevin tərəfdarları ilə hazırkı prezident Jeenbekov arasında hakimiyyət uğrunda savaşdır.

Sooronbay Jeenbekov

 

Sooronbay Jeenbekov prezident postuna 2017-ci ilin payızında seçilib. O, bu postda Almazbek Atambayevi əvəzləyib. Yerli qanunvericilik Atambayevin yenidən prezident seçilməsinə imkan vermirdi. Ona görə Atambayev bu postda öz adamını – Jeenbekovu görmək istəyirdi və bunun üçün bütün inzibati resursları işə salmışdı.

Atambayev seçkiöncəsi kampaniyaya birbaşa qoşularaq öz namizədinin təbliğatını aparırdı. Keçmiş prezident hətta Jeenbekova görə Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə də gərginlik yaşamışdı. Atambayevi narazı salan Qazaxıstan rəhbərliyinin Jeenbekova yox, müxalif namizəd Babanova dəstək verməsi idi. Nazarbayevin Almatıda Babanovla görüşməsi bu dəstəyin ifadəsi kimi qəbul olunmuşdu.

Bütün bunlara baxmayaraq, Jeenbekovun qələbəsindən az sonra tərəflər arasındakı münasibətlərdə ciddi soyuqluq yarandı. Atambayev Jeenbekovu naxələf varis gözündə görərək onu açıq şəkildə hədələməyə başladı.

Qırğızıstan hakim Sosial-Demokrat Partiyasının (QSDP) bu il martın 31-də keçirilən qapalı qurultayında Atambayev “səni mən yaratmışam, mən də batıracam” deyərək Jeenbekova ultimatum göndərdi. O, Jeenbekovu hakim partiyanın kursundan çıxıb parlamentarizmdən güclü prezident hakimiyyətinə meyllənməkdə və vicdansız məmurlarla əlaqələrdə ittiham etdi.

Keçmiş prezident düşünürdü ki, varisi onun jestini layiqincə qiymətləndirərək bütün dediklərini qeyd-şərtsiz həyata keçirəcək. Yəni prezident Jeenbekov olsa da, ölkəni faktiki olaraq Atambayev idarə edəcək. Lakin gözləntilər özünü doğrultmadı və Jeenbekov hakimiyyətə gələn kimi, güc strukturlarında və ədliyyə sahəsidə bir sıra dəyişikliklər etməyə başladı. Atambayevin əsas kadrlarını vəzifədən azad etdi.

Hakimiyyətdəki mənbə DW-yə onu da deyib ki, Jeenbekovun ətrafına toplaşan hakimiyyət nümayəndələri var gücləri ilə Atambayevi ölkəni tərk etməyə məcbur qoymaq, Qırğızıstandan getməyəcəyi təqdirdə isə həbsinə nail olmaq istəyirlər: “Qanuna dəyişikliyin sonralar indiki rəhbərlərinə (Jeenbekova-red:) də aid olacağı isə onları o qədər də maraqlandırmır. Gələcəyi yox, bugünkü mübarizəni düşünürlər”.

Şərqi Avropa və Beynəlxalq Əlaqələr Mərkəzinin əməkdaşı Beate Eşment keçmiş prezidentlərin toxunulmazlıq hüququnun ləğv edilcəyinə əmin olduğunu deyir: “Sooronbay Jeenbekov Atambayevin “himayəsindən” azad olub. Atambayev isə reallığı qəbul etməkdə çətinlik çəkir. Atambayevin ətrafındakı bəzi yüksək vəzifəli məmurlarla bağlı cinayət işi başladılıb. Onlardan bir qismi artıq həbsdədir. Məntiq deyir ki, zəncirin növbəti həlqəsi o özü olacaq.

Bu yaxınlarda “openDemocracy” media-resursunda Atambayevin bank hesablarına dair hesabat dərc olunmuşdu. Bu materialdan çıxış edərək demək olar ki, onun haqqında kompromat tapılması ehtimalı yüksəkdir. Ümumilikdə isə Qırğızıstan siyasəti üçün yüksək dövlət postundan şəxsi məqsədlər üçün istifadə olunması istisna hal deyil”.

Eşment də hesab edir ki, himayədar rolunu qoruyub saxlamağa çalışan Atambayevi aktiv siyasi fəaliyyətdən kənarlaşdırmaq Jeenbekovun marağındadır: “Atambayev Qırğızıstan siyasətində nəzərəçarpacaq narahatlıq yaradır. Bugünlərdə verdiyi müsahibədən məlum oldu ki, o, artıq hakimiyyətin bütün iplərini tərpədə bilməməsini qəbullanmaq istəmir. Atambayev müsahibəsində onu da etiraf etdi ki, son seçki kampaniyası zamanı Babanovun yox, Jeenbekovun namizədliyini dəstəkləməklə səhvə yol verib”.

Strateq.az

Əvvəlki yazı

Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb

Sonrakı yazı

KİVDF 32 qəzetə pul ayırdı –Layihələr 3 aylıq oldu (SİYAHI)

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.