07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Astara İH MTN-nin saxladığı şəxslə anlaşdı

29 İyun 2020, 13:51
Uncategorized
A A
Astara İH MTN-nin saxladığı şəxslə anlaşdı

Astara Rayon İcra Hakimiyyəti “Birlik 3A” MMC ilə maliyyə dəyəri 542615.01 AZN olan müqavilə imzalayıb. 

Reportyor.info xəbər verir ki, müqaviləyə əsasən MMC Astara rayonunda yolların əsaslı təmirini həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Birlik 3A” MMC 23 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 AZN olan MMC-nin hüquqi ünvanı Masallı rayonu Gəyəçöl kəndində yeləşir. MMC-nin qanuni təmsilçisi  Abıyev Zaur Niyaz oğludur.

50 manatlıq MMC-nin yarım milyonluq  tenderin qalibi olması təsadüfi deyil. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, Zaur Abıyevin atası Niyaz Abıyev 2009-2014-cü illərdə Gəyəçöl kənd bələdiyyəsinin sədri olub. Qardaşı Xudayar Rəhimov isə Masallıda “tender kralı” kimi tanınır.  O, “Elnur-2” şirkətinin sahibidir. Xudyar Rəhimov bu şirkətin rəhbəri kimi Koronovirusla Mübarizə Fonduna 10 000 AZN köçürüb.

“Elnur-2” şirkəti Masallının dövlət qurumlarının keçirdiyi tenderlərin daimi qalibidir. Hər halda mediada gedən xəbərlər bu qənaəti yaradır. Xudayar Rəhimov Masallının keçmiş icra başçıları Qəzənfər Ağayev və Rafil Hüseynovun dövründə özünü rayonun səlahiyyətli şəxslərindən biri kimi aparıb.

Mediada gedən təkzib olunmamış materiallara əsasən Xudayar Rəhimovun hətta yerli idarəetməyə də təsir imkanları olub. Yeri gəlmişkən, Qəzənfər Ağayev hazırda Astara Rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Xudayar Rəhimovla qardaşı oğlu Niyaz Abıyevin adı “MTN işi”ndə də keçir. Əmi və qardaşoğlu bu işdə zərərçəkən qismində tanınıblar.

Xudayar Rəhimov məhkəmə istintaqı zamanı bildirib ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaqa ifadəsindən fərqli olaraq heç kimə pul vermədiyini, dindirmə zamanı on beş dəqiqə ərzində verilən suallara cavab verdiyini, ifadəni oxumadan imzaladığını deyib.

Zaur Abıyev isə bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da MTN əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt yanında digər zərərçəkmiş Elton Cəfərli də olub. Onlar “Texnikabank”ın “Proqress” filialından 620 min manat götürüb çıxarkən pul torbası ilə birlikdə MTN-ə aparılıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxılıblar. Zaur Abıyev sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib. Vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügdən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub.

Bu epizod üzrə ifadə verən digər zərərçəkmiş Elton Cəfərli “Elnur-2” şirkətində memar işlədiyini və həmin gün, sadəcə olaraq, avtomobili idarə etdiyini bildirib. Puldan xəbəri olmadığını deyib.

“Elnur-2” şirkətinin mühasibi Xuraman Əliyeva isə ifadəsində deyib ki, həmin gün Zaur Abıyev banka gedərək, hesabda olan 620 min manat pulu təchizatçıların hesablarına köçürməli idi və nağd pulun bankdan çıxarılması ilə bağlı göstəriş olmayıb.

Bu işdə təqsirləndirilən şəxslər isə MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov olub.

Əvvəlki yazı

“Azərbaycan Sənaye Bankı”nın sədri koronavirusdan ölüb

Sonrakı yazı

Prezident və xanımı İçərişəhərdə

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.