Asif Yusiflinin qızı komadan çıxdı

7 Noyabr 2019 - 15:22
97 oxunma

Hazırda həbsdə olan Qarabağ qazisi Asif Yusiflinin şəkərli-diabet xəstəliyindən əziyyət çəkən qızı Esmira Yusifovanın durumuna aydınlıq gətirilib.

Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədov Unikal.org-a bildirib ki, 1998-ci il təvəllüdlü E.Yusifova saat 15.45 radələrində təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib.

O bildirib ki, xəstə birincili tibb-şəkər xəstəsidir: “Bu da anadangəlmə olur və daim insulindən istifadə edirlər. Görünən odur ki, xəstə müalicəsini düzgün şəkildə aparmayıb. Dünən qanda şəkəri yüksəlib və hiperklinik vəziyyətlə, yəni qanda şəkərin miqdarının yüksək olması diaqnozu ilə xəstəxanamıza gətirilib. Dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, lazımi adekvat tibbi tədbirlər aparılıb, vəziyyəti stabilləşib. Nə dünən, nə də bu gün komada olub, huşu aydındır. Bir sözlə, xəstədə ciddi narahatlıq yoxdur. Xəstənin müalicəsi Reanimasiya şöbəsində dinamik müşahidə altında davam edir: “Bir müddət nəzarətimiz altında qalmalıdır. Səhhəti tam stabilləşdikdən sonra planlı şəkildə xəstəliyinə uyğun tibb müəssisəsinə köçürəcəyik”.

***

Məlikov adına 6 saylı xəstəxanandan Unikal.org-a bildiriıib ki, Esmira koma vəziyyətindən çıxıb. Bildirilib ki, Esmiranın həyatı ilə bağlı hər hansı təhlükə qalmayıb. Bu saatlarda ailənin istəyilə hərbi hospitala yerləşdiriləcək və müalicəsi orada davam edəcək.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"