104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Arzu Nağıyevin seçicilərlə görüşləri davam edir. Reportyor.info-nun xəbərinə görə, A.Nağıyev İsalı, Dördlər, Qasımağalı, Mutudərə və Cücənli kəndlərinin seçiciləri, kənd ağsaqqalları ilə görüşüb. Deputatlığa namizəd onların problemlərini öyrənib, şikayətləri ilə tanış olub.