Araz Ağalarovun qohumu necə aldadılıb? – İttiham

12 Sentyabr 2019 - 10:03
63 oxunma

Rusiyada azərbaycanlı milyarder Araz Ağalarovun qardaşı qızı Sabina Ağalarova “Vegas Crocus City” Ticarət Mərkəzində subicarəçilər tərəfindən aldadılıb. Virtualaz.org xəbər verir ki, bu əhvalat haqda 360tv.ru (eyni adlı telekanalın saytı) bildirir.

Məlumata görə subicarəçilər ticarət mərkəzində dizayner işi geyimlərin və aksessuarların satışı üçün mağaza icarəyə götürüblər. Lakin çox keçmədən icarə haqqını ödəməkdən imtina ediblər. Bundan əlavə onlar məhkəmə iddiası qaldıraraq biznesvumeni geyim oğurlamaqda ittiham edirlər.

Sabina Ağalarova özü isə deyib ki,  icarəçilərlə anlamağa çalışıb: onların borclarını ödəməsi üçün müddəti uzadıb, borcun məbləğini aşağı salıb. Lakin icarəçilər məsələni barışıq yolu ilə həll etməkdən imtina ediblər. Biznesmenlər sadəcə olaraq deyiblər ki, pulları yoxdur və ödəməyəcəklər.

“Biz onlara məktub göndərdik ki, danışıqlar aparmaq lazımdır. Amma onlar açıq-aşkar buna məhəl qoymadılar”,-Ağalarova deyib.

Sonda biznesvumen məcbur olub ki, mağazadakı malları saxlanılmaq üçün anbara göndərsin. Hansı ki, anbara göndərilən malları icarəçilər özləri seçib veriblər. Lakin sonradan onlar Sabina Ağalarovanı məhkəməyə veriblər. Şirkət ondan çatışmayan mallara görə dəyən zərəri ödəməyi tələb edir.

“Lakin onlarda malların çatışmaması ona görədir ki, özlərinin nəzarəti, yoxlaması olmayıb”,-Ağalarova deyib.

Vəkil Kamila Sultanova opponetlərin iddia ərizəsini “zəif” hesab edir. Axı onlar iddia ərizəsində özləri göstəriblər ki, icarə haqqına görə borcları var və həmin borcu ödəməyəcəklər.

“Mənim fikrimcə bu kontragentin vicdansız hərəkətləridir və ona görə də biz öz hüquqlarımızı qorumaq və borcu məhkəmə qaydasında geri almaq üçün mübarizə aparacağıq”,-vəkil deyib.

Onun sözlərinə görə, icarəçilərin borcu hazırda 2 milyon rublu keçir. İş üzrə birinci məhkəmə iclası baş tutub, amma “Konsept-M”-in nümayəndələri məhkəməyə gəlməyiblər. Növbəti iclas sentyabrın 24-də olacaq.

“Bu hüdudu olmayan həyasızlıqdır. Mən belə saymazyanalığı bağışlaya bilmərəm. İmkan verə bilmərəm ki, imicim ləkələnsin və adım qaralansın”,-Sabina Ağalarova bildirib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com

Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"