14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Aqil Abbas: “Rüşvətxor icra başçılarını himayə edənlər də silinib-süpürüləcək”

14 May 2020, 11:17
Gündəm
A A
Aqil Abbas: “Rüşvətxor icra başçılarını himayə edənlər də silinib-süpürüləcək”

2019-cu ilin sonu, 2020-ci ilin əvvəli bir çox məmurlar üçün qara gəlib. Xüsusən əyalətlərdə hökmdarlıq edən “firon” icra başçıları üçün bu il düşərli olmadı.

Bölgələrdə fermerindən sahibkarına, şəhid ailəsindən aztəminatlı ailəyə qədər insanları incidənlər, qəbuluna gələnləri qapıdan qovanlar, kobud, qaba rəftar edənlər, dövlətin ayırdığı vəsaitləri, yardımları yağmalayanlar, torpaqları qanunsuz satanlar, aylıq idarələrdən xərac yığanlar indi qanun qarşısında mühakimə olunurlar.

Son yarım il ərzində 5 icra başçı, bir neçə icra nümayəndəsi, mədəniyyət nazirinin müavini və vəzifəli şəxslər həbs ediliblər. Bu prosesin yarımçıq qalacağı ağlabatan deyil.

Gözləntilər var ki, daha irimiqyaslı antikorrupsiya əməliyyatları keçiriləcək, yüksək vəzifəli şəxslər həbs olunacaqlar.

Eyni zamanda yerli idarəetmə orqanlarında özbaşınalıqla məşğul olmuş həmin icra başçılarına himayədarlıq edənlərin də vəzifəsindən ən yaxşı halda azad olunacağı ehtimalları səslənir.

Çünki korrupsioner icra başçılarına “krişalıq” edənlər arasında Prezident Administrasiyasında, digər strukturlarda illərdir vəzifə tutan “köhnə qvardiya” üzvlərindən hələ də fəaliyyət göstərənlər olduğu bildirilir. Onlar həmin icra başçılarını qoruyur, hamilik edirdilər. Bəs onlarla haqq-hesab çəkiləcəkmi?

“Azərbaycanda korrupsiya ilə mübarizə indi başlamayıb, bir neçə ildir ki, var. ”MTN işi”ndən tutmuş rabitə sahəsinə qədər əməliyyatlar aparılıb. Yəni bu gün məmurların rüşvətə görə həbs olunması ilk hal deyil.

Sadəcə, 2018-ci ildən islahatların yeni mərhələsi start götürüb və bu əməliyyatlar həmin reformaların tərkib hissəsi kimi qiymətləndirilməlidir”.

Bu sözləri “Yeni Müsavat”a deputat Aqil Abbas Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən antikorrupsiya əməliyyatları haqda danışarkən bildirdi.

Onun sözlərinə görə, kimlərinsə təqdimatı ilə uzun müddət vəzifədə oturub dövlət vəsaitini talayanlar indi cavab verirlər:

“İsi Məlikzadənin bir əsərində deyir ki, Allaha bir adam lazım olur. Allah da hamıdan yüksəkdədir, əlçatmazdır. Ona görə biz insanların üzünü görmür. Ona görə əlini atıb birini qaldırır, üzünə baxıb görür ki, axtardığı adam deyil, çırpır onu yerə.

İndi müəyyən vəzifələrdə oturanlar var, görürlər ki, adam deyil, onları yerə çırpırlar. Bu anlamda korrupsiya ilə mübarizə hələ gedəcək”.

A.Abbas hesab edir ki, ictimai nəzarət olmalıdır, onu da birinci növbədə mətbuat həyata keçirməlidir. Onun fikrincə, bu məsələdə mətbuata dəstək olmaq lazımdır, çünki sosial şəbəkə ictimai nəzarəti həyata keçirə bilmir.

Deputat həbs edilən rüşvətxor icra başçılarını himayə edənlərin, Prezident Administrasiyasındakı bəzi köhnə qvardiya üzvlərinin də silinib-süpürüləcəyini açıqladı: “Aqil Abbas qəzetində dövlətin yaxşılıqlarını yazır, prezidentin tərəfindədir. Amma nöqsanları da deməliyəm.

Mən səhiyyədən elə faktlar yazmışam ki, gərək orada əməliyyat keçiriləydi. Eləcə də mədəniyyətdən yazmışam. Baxmayaraq ki, Əbülfəs Qarayevlə bir-birimizi tanıyırıq, hörmətimiz var.

Parlamentdə də Sabir Rüstəmxanlı və mən mədəniyyətlə bağlı çıxış etmişik. Bəziləri deyirlər ki, deputatlar danışmırlar. Ancaq biz həmişə nazirlərlə bağlı məsələlər qaldırmışıq”.

Əvvəlki yazı

“Formula-1” üzrə dünya çempionatının ilkin təqvimi açıqlandı –Siyahı

Sonrakı yazı

“Yumşalmalar yoluxma sayından asılıdır” – Baş infeksionist

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.