“Aparıcının efirdə böyük-böyük danışması yolverilməzdir” – MTRŞ-dən sərt açıqlama

18 Mart 2019 - 12:15
137 oxunma

“Son vaxtlar Novruz bayramının bir sıra atributlarının tənqidi, bu sahədə yeniliklərin zəruriliyi ilə bağlı fikirlərə tez-tez rast gəlinir”.

Bunu “Report”a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, hətta bu tip diletant fikirlər bəzən teleradio efirlərinə də yol tapır: “Məsələn, ötən həftə Media FM-in “Manpası” verilişinin aparıcıları keçəl və kosa personajlarının guya dövrə, zamana uyğun olmadığı və ümumiyyətlə Novruz bayramının rebredinq olunması ilə bağlı fikirlər səsləndirirdilər. Fikrimcə, əvvəla, ənənələrə hörmət edilməlidir. Bu dəyərlər uzun əsrlərin sınağından çıxıb. İkincisi isə Novruz adətləri hansısa aparıcının tənqid edə biləcəyi mövzu deyil. Aparıcının efirdə bu cür sərbəstliyi, böyük-böyük danışması yolverilməzdir. Aparıcı zəhmət çəksin öz miqyasında olan məsələlərə münasibət bildirsin. Ümumiyyətlə bəzi aparıcılarda verilişlərinin reytinqinin gətirdiyi başgicəllənməsi hiss olunur. Ola bilsin həmin aparıcıdan da kimlərinsə, xoşu gəlmir. Onda tələb etsinlər ki, həmin aparıcını da “rebredinq” eləsinlər? Ümumiyyətlə, Novruz adətlərinin, personajlarının gözdən salınmasında medianın müəyyən rolu var. Belə ki, komediya adı altında hansısa tamaşada, serialda kosa və keçəlin iştirakı ilə səviyyəsiz komik səhnələr çəkilib nümayiş etdirilir… Yaradıcı işlə məşğul olanlar öz məsluliyyətlərini hiss etməlidirlər. Çünki dəyərlər hamınındır, reytinq xatirinə aşağılana bilməz.

22b27957-e4d1-42b6-8971-e63d7acf5ac8

Pafoslu səslənsə də, milli dəyərlərin kreativliyə, innovasiyalara, rebredinqə ehtiyacı yoxdur”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"