Antikorrupsiya bürosunun rəhbərinə cinayət işi açdılar – Korrupsiyada ittiham olnur…

13 May 2019 - 21:32
105 oxunma

Hal-hazırda əksər keçmiş sovet respublikalarının əsas problemlərindən birinin korrupsiya olduğu danılmazdır. Demokratiya və siyasi azadlıqlar sarıdan xeyli nailiyyətlər əldə edən Ukrayna da bu sarıdan istisna təşkil etmir.

“AzPolitika” Ukrayna mətbuatına istinadla xəbər verir ki, ölkənin “Milli Antikorrupsiya Bürosu”nun rəhbəri Artyom Sıtnik özü hazırda rəsmən korrupsiyada ittiham olunur. Respublika prokurorluğunda ona qarşı vəzifə səlahiyyətlərini aşmaq maddəsilə cinayət işi açılıb. Əsas motiv isə Sıtnikin ölkənin ən səfalı rayonlarından birində bir neçə dəfə lyuks istirahət keçirməsi və bu istirahətin xərcinin iri maliyyə-konsaltinq şirkətlərindən biri olan “Avanqard”ın məsul şəxslərindən sayılan Nikolay Nadeyko tərəfindən ödənilməsidir.

Ukrayna mətbuatı iddia edir ki, korrupsiya ilə mübarizəyə rəhbərlik edən məmur təbiət qoynunda yerləşən ən bahalı otellərin birində ən bahalı delikateslərlə və içkilərlə təmin olunub: “Korrupsiya ilə mübarizənin başçısı pis qidalanmayıb – delikates kolbasalar, pendirlər, konyak “Hennessy”, viski “Chivas Regal”, araq “Grey Goos” və sair…”

İstintaqa ifadə verən şirkət təmsilçisi məmurun istirahət xərclərini ödədiyini etiraf edib. Ancaq bildirib ki, Sıtnikin “qulluğunda durması” onunla dost olduqlarına görədir. Və guya Sıtnikin 2 il ərzində 5 dəfə keçirdiyi hər həftəsonu istirahəti ona təxminən 4 min dollara başa gəlib.

Bundan başqa şirkət təmsilçisi müstəntiqlərin suallarını cavablandırarkən deyib ki, məmurla aralarında hər hansı işlə, şirkətlə bağlı heç bir münasibət olmayıb və bütün xərcləri könüllü olaraq, özü çəkib. Lakin mətbuat Nadeykonun dediklərinə inanmır.

Onu da vurğulamağa dəyər ki, Ukraynanın hüquq-mühafizə orqanları arasında artıq xeyli müddətdir çəkişmə, nüfuz savaşı gedir və bu mübarizə prokurorluqla Sıtnikin rəhbərlik etdiyi qurum arasında da mövcuddur.

Qeyd edək ki, Ukrayna prokurorluğunun nümayəndəsi Sıtnikə qarşı cinayət işinin açıldığını rəsmən təsdiqləyib.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"