Amaliya Pənahovanın abidəsi ucaldılıb

7 Noyabr 2019 - 16:16
87 oxunma

Xalq artisti Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb.

APA-nın xəbərinə görə, məzarüstü abidə “Qurd qapısı” qəbiristanlığında qoyulub.

Qeyd edək ki, Amaliya Pənahova ötən ilin noyabrında 73 yaşında vəfat edib.

A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin “Mənim günahım”, M. Muradın “Təkan”, M. Qurbanovun “Sənsiz”, O. Altunbayın “Tomris”, A. Məmmədovun “Dəli Domrul” və s. xüsusi qeyd etmək olar.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"