07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Almaniyadakı professor: Azərbaycan bir çox ölkələrə örnəkdir

25 Mart 2020, 14:54
Cəmiyyət
A A
Almaniyadakı professor: Azərbaycan bir çox ölkələrə örnəkdir

Əvvəla onu bildirmək istəyirəm ki, son günlər Azərbaycanda atılan alqışa layiq profilaktik tədbirlərə nəzər salsaq, onların birbaşa insanların sağlamlığına hesablandığını görürük. Bu da Avropa ölkələrindən heç də fərqlənmir. Hətta diqqətlə nəzər salsaq görərik ki, bəzi profilaktik tədbirlər bir çox ölkədən daha tez atıldı. Ona görə də cəsarətlə pandemiya dövründə Azərbaycanda ölüm sayının çox olmayacağı proqnozlaşdırılır. Bu günədək xəstələnənlərin sayı o qədər çox deyildir.
Bu barədə AZƏRTAC-a Almaniyanın Köln Universitetinin professoru, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Nuran Abdullayevin fikrincə, ümumiyyətlə, son elmi araşdırmalar göstərir ki, 5 xəstədən 4-də virusun simptomları gizli və ya çox yüngül formada keçir ki, bunu da onlar özləri hiss etmir. Virusu təhlükəli edən də elə budur ki, xəstələr daşıyıcı olduqlarını bilmirlər və insanları virusu yoluxdururlar. Adətən aparılan statistikalar da yerdə qalan bir xəstənin aparılan statistikasıdır. Ona görə də dövlətlərin bu virusla mübarizə taktikası öncə həmin gizli virus daşıyıcısı olan 4 nəfəri tapıb rəsmi statistikaya salmaqdır. Bu virusa yoluxan insanların, ümumiyyətlə, başqalarını yoluxdurma əmsalı ortalama 3-dür, yəni bu o deməkdir ki, xəstəliyin yayılmasının qarşısı heç bir tədbirlə alınmazsa, bu xəstələr özlərindən başqa 3 nəfəri də xəstəliyə yoluxdura bilərlər ki, bu da 60-90 gün ərzində pandemiyanın ölkədə pik nöqtəyə çatması deməkdir. Məsələn, ilk başlanğıcda bu taktikanı – virusla heç bir mübarizə aparmamaq və sonda insanlar arasında immunitetin yaranacağını düşünməyi – İngiltərə seçsə də sonradan İmperial-Collegin universitetinin tövsiyəsinə uyğun olaraq mübarizə siyasətlərini dəyişdilər. Belə ki, İmperial-Colleg İtaliyadan olan məlumatlarla apardığı hesablamalarda göstərirdi ki, əgər İngiltərə və hətta ABŞ da mübarizəni bu səviyyədə aparsa virus İngiltərədə 250.000, Amerikada 1.2 milyon insanın həyatına son qoyacaq. Amma mübarizə taktikası yoluxdurma əmsalını 1- dən aşağı salmaq seçilərsə, pandemiyamın pik nöqtəsində yoluxan xəstələrin sayı dəfələrlə azalmış olar. Buna görə də artıq Avropa ölkələrinin əksəriyyəti yoluxma əmsalının 1- dən aşağı olmasına çalışırlar. Burada vacib məqamlardan biri də bu halda ölkələrin səhiyyə sistemlərinin yüklənməsi prosesidir ki, eyni vaxtda çox sayda ağır xəstələrin gəlməsinin də qarşısı bu mübarizə ilə birbaşa alınır.
Almaniyanın Köln Universitetinin professoru qeyd edib ki, mübarizənin başqa üsulu da karantin və izolyasıyadır. Karantin və izolyasya qədər önəmli bir məqam da xəstələrin hospitalizasiyasıdır. Öncə onu qeyd edim ki, artıq İtaliyanın etdiyi səhvi başqa inkişaf etmiş ölkələr etməməyə çalışır. Belə ki, İtaliyada ilk başlanğıcda virusa yoluxan bütün xəstələrin hospitalizasiyası ümumi xəstəxanaların çarpayı sayını azaltmışdı ki, bu da bir müddət sonra birbaşa ağır xəstələrə reanimasiya tədbirləri təşkil etməyi çətinləşdirdi və ümumi səhiyyə sisteminin yüklənməsinə və eləcə də nəzarətin əldən verilməsinə gətirib çıxartdı. Buradan götürülən ibrətamiz nəticə bütün viruslu xəstələri eyni zamanda xəstəxanaya yerləşdirməməkdir ki, xəstənin kliniki vəziyyətinə uyğun olaraq xəstəxana və ya karantinə alma müəyyənləşdirilsin.
“Mən birbaşa Almaniya təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, burada Şərq ölkələrinin çoxundan fərqli olaraq, klinik vəziyyəti yaxşı olanlar ev şəraitində karantinə alınıb izolyasıya edilir və həkim nəzarətində saxlanılır. Bunun da elmi əsası ondan ibarətdir ki, artıq elmi təcrübələr göstərir ki, virusa yoluxanlarla onlarla kontaktda olub, amma virus daşıyıcılığı hələ təsdiqlənməyənlərin bir arada, yəni otel və ya xəstəxana şəraitində (müəyyən yaşayış sahəsini ortaq istifadə etməklə) karantinə alınması təxminən virusa yoluxmanı o insanlar arasında 88 faiz artırır. Buna görə də Almaniyada virusa yoluxub kliniki vəziyyəti yaxşı olanlar və eyni zamanda onlarla kontaktda olub amma hələ virusa pozitiv olmayanlar ev şəraitində birbaşa həkim nəzarətində karantinə alınır. Burada da adambaşına düşən sahə qanunla müəyyənləşdirilib. Belə ki, böyüklər üçün minimum 9 kvadratmetr və 6 yaşına qədər olan uşaqlar üçünsə 6 kvadratmetr nəzərdə tutulub. Bundan başqa, virusun yayılmasının önlənməsi tədbirlərinə iki nəfərdən çox insanın bir araya toplaşmasının qarşısının alınması da aiddir. Bu da öz elmi təsdiqini son aparılan elmi araşdırmalarda adambaşına düşən yaşam sahəsinə görə tapır.
İtaliyaya gəldikdə isə əvvəlcə orada son ümumi statistika ilə tanış olmaq gərəkdir. Ötən həftə İtaliyanın Istituto Superiore di Sanità İnstitutundan gələn son elmi hesabatlara əsasən (burada 2000-dən yuxarı insanın ölüm səbəbləri incələnib) ölənlərin 99 faizini ağciyərdə olmayan xəstəlikdən əziyyət çəkiblər və ən son kliniki mərhələdə olublar. Burada ilk üçlüyü şəkərli diabet, ürəyin koronar xəstəliyi və arterial hipertoniya təşkil edib. Ölənlərin ortalama yaşı 79,5 olub ki, ölümə daha çox məruz qalan qrup isə 80-89 yaşlılar olub. Ölənlərdən 5 nəfər 40 yaşdan aşağı olub ki, bunlar da öncədən ağır xəstəlikdən əziyyət çəkiblər. Ölənlərin 70 faizi kişilərdir. Üç nəfərin (0,8 faiz) daha öncədən xəstəliyi olmayıb və sadəcə COVID-19 virusuna yoluxub və bu virus səbəbi ilə də ölüb. Xəstələrin 77 faizi yüksək hərarətlə, 74 faizi təngnəfəslik və 42 faizi isə ağır öskürəklə xəstəxanaya daxil olub”, – deyə tibb elmləri doktoru vurğulayıb.
N.Abdullayev qeyd edib ki, ümumiyyətlə, xəstəliyin simptomlarından ölüm vaxtına qədər də olan zaman bəllidir. Belə ki, ölənlərin ilkin simptomlarından müsbət test cavabları da daxil olmaqla xəstəxanaya yerləşdirilməsi 4 gün çəkib. Bundan sonra isə xəstəxanadakı vaxt reanimasiya tədbirləri də daxil olmaqla ölüm vaxtına qədər daha 4 gün olub. Burada bütün ölkələr, o cümlədən Azərbaycan üçün də önəmli olacaq bir nəticəyə gəlinir ki, ağır xəstələrin aşkarlanması tezləşdirilməli və bu xəstələrin hospitalizasiyası 4 gündən tez olmalıdır ki, baş verə biləcək ölüm hallarının sayı azalsın. Bir də unutmaq lazım deyil ki, İtaliyanın demoqrafik vəziyyəti Azərbaycanla müqayisədə tam fərqlidir. İtalyanlar dünyada qocaların sayına görə dünyada ilk üçlükdə gələn millətlərdəndirlər və 14 milyon əhalisinin yaşı 65-dən yuxarıdır. Bundan başqa, İtaliyada daha çox ölümə məruz qalan yaş qrupuna – 80-89 yaşlılara baxsaq və həyat şəraitini incələsək, görərik ki, o yaş qrupunun gündəlik həyat şəraiti azərbaycanlı birisindən tamamilə fərqlənir. Belə ki, o yaş qrupunda olan insanlar İtaliyada evdən kənarda daha çox tanımadıqları adamla birbaşa kontaktda olurlar. Azərbaycanda görülmüş önləyici tədbirlər isə həmin yaş qrupunun virusa yoluxma riskini xeyli azaldır. Bundan başqa, Azərbaycandakı həmin yaş qrupuna daxil olan insanlar gigiyenik tövsiyələrə deyildiyi kimi əməl etsə, bu riski çox aşağı salmış olacaqlar.
Nuran Abdullayevin sözlərinə görə, vətəndaşların bilməli olduğu vacib məqamlardan biri də ondan ibarətdir ki, artıq elmi şəkildə sübut olunub ki, müxtəlif materiallarda virusun yaşama saatı 24 saatdan 72 saat arasında dəyişir və bunun üçün bütün gigiyenik amillərə nəinki qocalar, həmçinin bütün yaş qrupundan olan insanlar da maksimum əməl etməlidirlər. Bunlardan da ən vacibi əllərin həmişə təmiz saxlanılmasıdır, çünki adi bir təmas virusa yoluxma deməkdir. Bir insan normal həyatında qeyri-iradi olaraq bir dəqiqədə üzünə ortalama 3-5 dəfə toxunur ki, bunun da 1-i viruslu əllərdə virusa yoluxmaya kifayətdir.
“Hazırki dövrdə müxtəlif Avropa institutlarından verilən tövsiyələrdən biri də immuniteti yüksək olan, heç bir əlavə xəstəliyi olmayan və virusa yoluxarsa xəstəliyi gizli keçirə biləcək gənclərin başqa yaş qrupuna daxil olan insanlarla kontaktını mümkün qədər azaltmaqdır. Bu da virusun yayılmasının qarşısını almaqda birbaşa kömək edir. Gənclər bu virusu yaya biləcək ən təhlükəli insan qrupudur.
Azərbaycanda bundan sonrakı ölüm saylarının maksimum səviyyədə aşağı olması üçün də vacib məqamlardan biri artıq immun statusu aşağı olan insanların yaşından asılı olmayaraq ciddi tibbi nəzarətə alınması və normal gigiyenik tövsiyələrə əməl etməsidir. Bununla da Azərbaycan ölüm riskini çox aşağı salmış olar. Bu xəstələr qrupuna daha çox müxtəlif immun və kimya terapiya müalicəsi alan onkoloji xəstələr və bundan başqa orqan transplantasiyası olunmuş insanlar başçılıq edir”, – deyə professor əlavə edib.

Əvvəlki yazı

Nazirlik “evdə qal, təbiəti seyr et” rubrikasına start verdi

Sonrakı yazı

“Qarabağda koronavirusa yoluxma halları gizlədilir”

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.