“Aşağı siniflər ənənəvi qaydada tədrisi davam etdirsə də, yuxarı siniflərdə onlayn dərslər üstünlük təşkil edəcək”.
Reportyor.info-nun məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib.
Qurbanov deyib ki, ali məktəblərdə mühazirələr birmənalı onlayn olacaq: “Praktik məşğələlərdə isə fərqli yanaşma, həm onlayn, həm də adi qaydada ola bilər. Təhsillə bağlı hazırda qərar əsaslanır, bu kimi məsələlər qərarda konkret əksini tapacaq”.