Akif Çovdarovdan zərər çəkən MTN zabiti hakim qarşısında – Qızıl alverçisi olub

11 Mart 2019 - 13:14
107 oxunma

Daha bir MTN əməkdaşı növbəti dəfə hakim qarşısına çıxarılıb. O, dələduzluqda ittiham edilir.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Xatırladaq ki, Tofiq Rəcəbovun işi ötən ilin iyul ayında məhkəməyə göndərilmişdi.
Rəcəbovun vəkili vəsatət verərək bildirmişdi ki, istintaq dövründə müvəkkilinə qarşı kobud qanun pozuntuları olub və o, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəmişdi. Məhkəmə vəsatəti təmin edib cinayət işini prokurorluğa qaytarmışdı.
Qeyd edək ki, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur. İttihama görə, həmin pul qarşılığında T.Həsənovun torpaq sahəsini sənədləşdirəcəyini vəd edib. Lakin sonradan vədinə əməl etməyib. T.Rəcəbov barəsində həbs-qətimkan tədbiri seçilməyib və hazırda polis nəzarətindədir.
Məlumata görə, T.Rəcəbov qızıl biznesi ilə məşğul olub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib. T.Rəcəbov daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb, hədə-qorxu və təzyiqlərə məruz qalıb.
T.Rəcəbov MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Xatırladaq ki, T.Rəcəbov xüsusi xidmət orqanının ehtiyatda olan polkovnikidir.
Ötən məhkəmə iclasında anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, T.Rəcəbov ali təhsillidir, 1998-ci ildən 2002-ci ilə qədər ləğv edilmiş Milli Təhlükəsizlil Nazirliyinin əməkdaşı olub.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"