Akif Əlizadə:”Azərbaycan elminin 2020-2025-ci illər üzrə inkişafını nəzərdə tutan strategiya hazırlanır”

19 İyul 2019 - 01:36
217 oxunma

Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

Akademik qeyd edib ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” başa çatıb və strategiya çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı ölkə rəhbərliyi qarşısında hesabat verilib.

AMEA prezidenti elmin yeni inkişaf yollarını müəyyənləşdirən 2020-2025-ci illərə dair strategiya planından, elmin davamlı inkişafını təmin etmək məqsədilə sənəddə əks olunacaq fəaliyyət proqramından söz açıb:

“Burada AMEA-nın və bütövlükdə Azərbaycan elminin gələcək inkişaf istiqamətləri öz əksini tapacaq, eyni zamanda elmi qanunvericiliyə dair normativ-hüquqi sənədlərdə alim və mütəxəssislərin fəaliyyətini genişləndirməyə imkan verən dəyişikliklərin edilməsilə bağlı təkliflər irəli sürüləcək. Strategiya planı Təhsil Nazirliyi, ali təhsil müəssisələri, eləcə də AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatlarının birgə təklifləri əsasında hazırlanacaq. Sənədin yekun layihəsinin təsdiqlənməsi üçün dövlət başçısına müraciət olunacaq”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"