Ailə qurmaq istəyən 16847 nəfər talassemiya daşıyıcısıdır

13 Sentyabr 2018 - 11:20
83 oxunma

Nikahdan əvvəl müayinədən keçənlərin 1575-də siflis, 387-də HİV1/2 (QİÇS) aşkarlanıb. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Xəbərdə deyilir ki, nikahdan əvvəl müayinə ilə bağlı qərarın tətbiq edildiyi 2015-ci ilin iyunundan bu ilin sentyabrınadək ümumilikdə 457422 nəfər müayinə edilib. 16847 nəfərdə talassemiya daşıyıcılığı, 1575 nəfərdə siflis, 387 nəfərdə HİV1/2 (QİÇS) aşkarlanıb.

Bu ilin əvvəlindən indiyədək 93138 nəfər müayinə edilib, 2773 nəfərdə talassemiya daşıyıcılığı, 242 nəfərdə siflis, 105 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb.

Qeyd edək ki, nikahdan əvvəl müayinələr “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqi ilə aparılır.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"