Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Reportyor.info-nın yerli bürosunun məlumatına görə, hadisə BakıQazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərkətdə olan minik maşını idarəetmədən çıxıb və hasara çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.