03-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ağstafa və Qazax postlarında ciddi nəzarət: sərhədə qədər müşahidələrimiz bu – Reportajda/Fotolar

24 Aprel 2020, 00:24
Araşdırma, Banner
A A
Ağstafa və Qazax postlarında ciddi nəzarət: sərhədə qədər müşahidələrimiz bu – Reportajda/Fotolar

Xüsusi karantin rejiminin mayın 4-nə qədər uzadılması ilə əlaqədar yollarda qurulan polis postlarında nəzarət günbəgün artırılır.
Çünki bəzi sürücülər edilən xəbərdarlıqlara, tövsiyələrə baxmayaraq, müxtəlif bəhanələr, qeyri-qanuni yollar axtarışına çıxaraq, postlardan keçməyə çalışırlar.
Təsadüfi deyil ki, bu saata qədər xüsusi karantin rejiminin pozulmasına görə 36 364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu statistika özlüyündə təsdiqləyir ki, sürücülər arasında karantin rejimini pozmağa cəhd edənlər heç də az deyil.
Lakin istər Bakı, istər regionlarda qurulan postlarda yol polis əməkdaşlarının ayıq-sayıqlığı, peşəkarlığı nəticəsində icazəsi olmayan, karantin rejiminə əməl etməyən sürücülər dərhal müəyyənləşdirilir, inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilir.
Amma hər şeydən əvvəl pandemiya dövründə göstərilən bu peşəkar, modern, nizam-intizamlı, təcrübəli və bir çox ölkələrin polis sisteminə nümunə olacaq xidmətə görə Daxili İşlər naziri Vilayət Eyvazova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova təşəkkür düşür. Məhz DİN rəhbərliyinin göstərişləri, təlimatları, ən əsas ciddi nəzarəti altında karantin dövründə polis əməkdaşları qüsursuz xidmət göstəriblər. Təqdirəlayiq haldır ki, bu müddətdə nə DYP, nə PPX əməkdaşından bir şikayət, narazılıq olub. Çünki onlar vətəndaşlarla olduqca nəcib davranır, hər bir işi qanun çərçivəsində görürlər.
Reportyor.info olaraq buna həm paytaxtda, həm bölgələrdə qurulan postlardan reportaj hazırlayarkən şahid olmuşduq.
Ötən reportajımızda Bakıdan Tovuza qədər apardığımız müşahidələr və qeydlər zamanı görmüşdük ki, yol polislərimiz postlarda necə zərgər dəqiqliyi, peşəkarlığı ilə fəaliyyət göstərirlər.
Xüsusən də Yevlax, Şəmkir, Tovuz postlarında yoxlanışın kifayət qədər ciddi, nəzarətin güclü olduğunu diqqətə çatdırmışdıq. Bu dəfə isə yolumuzu Gürcüstanla sərhədə qədər saldıq.


Ölkə mediasında Reportyor.info bir ilkə imza ataraq xüsusi karantin rejimində jurnalist müşahidələri aparmaq üçün Gürcüstanla sərhədə qədər gedə bilib. İndisə sizi Tovuzdan Qazaxa qədər gördüklərimizlə tanış etmək qərarına gəlmişik. Bəri başdan bildirək ki, Tovuzdan “Qırmızı körpü” gömrük məntəqəsinə qədər yollarda seyrəkliyin şahidi olduq.
Şübhəsiz ki, karantin rejimi səbəbindən yollarda maşınlar azdır, rayonlararası gediş-gəliş tam məhdudlaşdırılıb, buna cəhd edən sürücülər isə polis postlarından gəldikləri yerə qaytarılırlar.
Bu mənzərəyə həm Ağstafa, həm Qazax rayonlarında qurulan polis postlarında şahid olduq. Hər iki bölgənin Dövlət Yol Polisi (DYP) əməkdaşları sürücülərlə olduqca nəzakətli, mədəni rəftar edir, məlumatsız sürücülərə karantin rejiminin qaydaları bir daha izah olunur, onlara etməli olduqları göstərilir.
İlk növbədə Ağstafa DYP əməkdaşlarının fəaliyyətini qeyd etmək lazımdır. Ağstafada qurulan postlarda nəzarət-yoxlanış kifayət qədər ciddi təşkil edilib.
İstər Tovuza, istərsə Qazax istiqamətinə getmək istəyən sürücülərə xəbərdarlıq edilir, bir-bir icazə olub-olmadığı yoxlanır.
İnsaf naminə demək lazımdır ki, DYP əməkdaşları istənilən hava şəraitinə baxmayaraq, pandemiya dövründə böyük fədakarlıq edirlər.
Elə bunun nəticəsidir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov koronavirusa yoluxan polislərimiz olduğunu açıqlamışdı.
Çünki onlar gecə-gündüz, normal istirahətdən uzaq, ailələrindən kənaraq qalaraq yollarda xidmət göstərirlər, müxtəlif sürücülərlə təmasda olurlar. O baxımdan Ağstafadakı polis postlarında çalışanlar günümüzün qəhrəmanları sayılmalıdır.


Ağstafa DYP əməkdaşları, o cümlədən post-patrul xidmətinin əməkdaşları tibbi maska taxaraq, izolyasiya qaydalarına əməl edərək təhlükəsizliyin keşiyində dururlar. Ağstafa DYP əməkdaşları sənədi, icazəsi olmayan bir sürücüyə də güzəştə getmirlər.
Reportyor.info xəbər verir ki, Gürcüstanla sərhədə gedən yolda müşahidə apardığımız digər ünvan Qazax rayonundakı postlardır.
Qazaxın girişində, o cümlədən rayon ərazisində, habelə sərhədə yaxın ərazidə qurulan postlarda sürücülər bir-bir yoxlanılırlar.
Onu da deyək ki, xüsusi karantin rejimi səbəbindən Qazax yollarında, ən əsası sərhədə yaxın yollarda az-az avtomobillər gözə dəyir. Əsasən yük maşınları diqqət çəkir.


Bununla belə, Qazax DYP əməkdaşları, o cümlədən post patrul xidmətinin polisləri vətəndaşların icazəli olub-olmadığını araşdırır, SMS vasitəsi ilə küçəyə çıxanlar yoxlanılır, sürücülərin biri də nəzarətsiz postdan buraxılmır.
Müşahidələrimizə əsasən qeyd edək ki, postlardan kimlərinsə göz yumularaq buraxılması haqda deyilən iddialar kökündən yalandır.
Eyni zamanda yük maşınlarının baqajlarında sərnişin daşınmasına cəhd edilməsinin qətiyyətlə qarşısı alınır. Yəni, Qazax DYP əməkdaşları kifayət qədər operativ, professional, gözüaçıq xidmət göstərirlər.
Əslində, bütün bu peşəkarlığa və fədakarlığa görə həm Ağstafa, həm Qazax DYP rəhbərliyinə, o cümlədən postlardakı əməkdaşlarına minnətdarlıq düşür.
Çünki onlar atdıqları addımlarla, xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyətlə heç də özlərini deyil, vətəndaşlarımızı, xalqımızı bəşəriyyəti bürüyən koronavirus pandemiyasından qorumağa çalışır, infeksiyanın yayılması riskinin qarşısını alırlar.

REPORTYOR.info

Arifə Əliyeva

Fotolar müəllifindir

 

 

Əvvəlki yazı

Azərbaycanda koronavirusdan ölənlərin dəfn prosedurları

Sonrakı yazı

Lavrovun “həll planı”: O, nəyi “unudur” və təhrif edir?

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.