06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ağdamın başçısı bələdiyyə sədrini tutdurur – Rəsmi

24 Fevral 2020, 15:48
Uncategorized
A A
Ağdamın başçısı bələdiyyə sədrini tutdurur – Rəsmi

“Bələdiyyələr arasında ən ciddi nöqsan Xındırıstan kənd bələdiyyəsində qeydə alınıb. Torpaqların monitorinqi zamanı aydın olub ki, Xındırıstan kənd bələdiyyəsinə ayrılmış torpaq sahələri bələdiyyə sədri və yaxın qohumlar tərəfindən zəbt olunub. 68 hektar torpaq sahəsi, bələdiyyə sədrinin xalası oğluna, 84 hektardan artıq bələdiyyə sədri,  özünə məxsus ferma təsərrüfatının əkin sahəsi üçün ayrıb. Bir hissəsi isə heç bir müqavilə sənədi olmadan digər şəxslərə verilib. Bununla bağlı Ədliyyə Nazirliyinin müvafiq şöbəsi Rayon İcra Hakimiyyətinin təklifi ilə, araşdırma aparıb və yekun sənədlər rayon Prokurorluğuna göndərilib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün Ağdam rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov  bildirib. İcra başçısı deyib ki, ötən il ərzində torpaq sahələrinin istifadəsinə görə Üçoğlan bələdiyyəsinə 2550 manat, Zəngişalı bələdiyyəsinə 1776 manat, Qaradağlı bələdiyyəsinə 2750 manat, Əhmədağalı bələdiyyəsinə 5760 manat, Sarıcalı bələdiyyəsinə 1550 manat, Quzanlı qəsəbə bələdiyyəsinə 6480 manat vəsait ödənilib.

Bu rəqəmlərdə şübhəli məqamların olduğunu deyən V. Həsənov  bu sahədə yoxlamalar aparıldığını və çox yaxın bir müddətdə əsl həqiqətlərin ortaya çıxacağını bildirib: “Alıbəyli, Əfətli, Qərvənd, Hacıturallı bələdiyyəsinin hesabatlarında yol işlərinin təmiri və ya bərpasının aparılması göstərilsə də əlaqədar təşkilatların hesabına 1 manat belə vəsait ödənilməyib”.

İcra Başçısı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşqulluq Xidmətinin Ağdam rayon Məşğulluq Mərkəzinin də işlərində nöqsanların olduğunu vurğulayıb: “Vətəndaşların müraciətləri yerində araşdırılmır. Özünüməşğulluq  proqramının  həyata keçirilməsində nöqsanlara yol verilir. Bu da insanlar arasında narazılıqlar yaradır. Bəzi idarə və müəssisə təşkilat rəhbərləri məşğulluq mərkəzi ilə gizli sövdələşməyə girməsi nəticəsində vakant iş yerləri gizlədilir. Bu səbəbdən də mərkəzin direktoru Elşən Rüstəmov tutduğu vəzifədən azad edilib“.

  1. Həsənov buna misal olaraq qeyri qanuni yollarla idarə müəssisə rəhbərlərinin öz yaxınlarını işlə təmin etdiyini misal göstərib: “Xındırıstan kənd körpələr evində işləyən bir nəfər tərbiyəçi və bir nəfər tibb bacısı 65 yaşı tamam olduğuna görə işdən çıxarılıb. Onların yerinə tibb bacısı Ağayeva Türkan Bəxtiyar qızı, Əmirova Afət Qaytaran qızı isə tərbiyəçi müəllim kimi, rayon icra hakimiyyətinə məlumat verilmədən işə götürülüb. Ötən illərdə isə ali və ya orta ixtisası olmayan insanlar rayon icra hakimiyyəti tərəfindən işlə təmin edilib”.

İcra başçısı ötən ilə ərzində aparılmış monitorinqlər zamanı musiqi məktəblərində bir sıra neqativ hallar aşkar edildiyini bildirib.

Əvvəlki yazı

Rayan Giggz Qurban Qurbanovla görüşdü

Sonrakı yazı

Apteklərdə maska qıtlığı – Video

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.