Ağdam məcburi köçkün məktəbində Bayraq Günü keçirilib

9 Noyabr 2018 - 13:50
63 oxunma

Ağdam rayon 58 saylı məcburi köçkün ümumi orta məktəbində 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq milli qürurumuzdur” adlı tədbir keçirilib.

Reportyor.info  xəbər verir ki, II-IV azkomplektli sinifin rəhbəri ibtidai sinif müəllimi Samir Abbaslının təşkil etdiyi tədbir dövlət himninin səslənməsi ilə başlanıb. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək Dövlət Bayrağı günü haqqında məlumat verib. Bayraq sözünün etimologiyası, Ulu Öndər Heydər Əliyevin bayrağımız uğrunda apardığı siyasət, Azərbaycan bayrağının keçdiyi tarixi yol haqqında qısa məlumat verilib. Bayrağın dövlət suverenliyimizin rəmzi, milli dəyərimiz olduğu bildirilib. Onun yaranma tarixi, üzərindəki rənglərin anlamı və 2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayraq meydanında dünyanın ən böyük bayrağının dalğalanmasından danışılıb. Bildirilib ki, Prezident İlham Əliyevin 2009 – cu il noyabrın 17- də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamından sonra noyabrın 9-u Dövlət Bayrağı günü qeyd olunur.

Tədbir zamanı şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyib, səhnəciklər təqdim edib, mahnılar ifa ediblər.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"