03-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Afaq Aslandan ŞOK SÖZLƏR: Əslində utancaq biriyəm, onun-bunun qucağında… – MÜSAHİBƏ/VİDEO

07 May 2018, 23:28
Maqazin
A A
Afaq Aslandan ŞOK SÖZLƏR: Əslində utancaq biriyəm, onun-bunun qucağında… – MÜSAHİBƏ/VİDEO

Azərbaycanlı müğənni Afaq Aslan uzun müddətlik susqunluğunu pozub. İfaçı söz və musiqisi Tural və Toğrul qardaşlarına, aranjimanı Elvin İmanova məxsus “Söylə” adlı mahnısını yutub kanalında dinləyicilərinə təqdim edib.

Yeni mahnısı ilə yanaşı cəsarətli fotosessiyası ilə gündəm yaradan müğənni Publika.az-a danışıb.

– Afaq Aslan özünü zəhmətkeş müğənni hesab edirmi?

– Bəli, mən daima yaradıcılığım üzərində işləmişəm. Hər il yeni mahnılar, kliplər ərsəyə gətirirəm. Bəzi əməkdar, xalq artistlərindən çox layihələr təqdim edirəm. Bir çoxları deyir ki, Afaq Aslan adı gələndə qalmaqal yada düşür. Bu, əsla belə deyil. Sadəcə, bu sənətdə məni gözü götürməyənlər çoxdur. Elə həmin insanların acığına bu gün “Söylə” adlı mahnımı da dinləyicilərin ixtiyarına verdim. Məni tənqid atəşinə tutanlara demək istəyirəm ki, siz məni müzakirə etməkdə davam edin. Heç vecimə də deyilsiniz.

– Sizcə, həmkarlarınız zahiri gözəlliyinizin, yoxsa mahnılarınızın və səsinizin paxıllığını çəkir?

– Vallah yerimdə olmaq istəyib, amma ola bilməyən adamlar çoxdur.

– Yeni fotosessiyanız çox cəsarətli alınıb…

– Hər zaman cəsarətli fotolarımla diqqət çəkmişəm. Bu da mənim tərzimdir. Özümü hər zaman hansı obrazda görmüşəmsə, o obrazı da canlandırmışam. Əslində mən adi həyatda çox utancaq biriyəm. Səhnədə geyindiyim geyimləri adi həyatda geyinə bilmərəm. Bilirəm, yeni şəkillərim də müzakirələrə səbəb olacaq.

– Belə fotolardan sonra sevgiliniz sizi qısqanmır? Adını açıqlamaq istəmədiyiniz, həyatınzda olan gizli şəxs sizə geyimlə bağlı hansısa qadağalar qoyurmu?

– Hələ ki, belə problemlə üzləşməmişəm. Bilirsiniz, artıq səhnə adamısansa, o, səni müğənni kimi qəbul edir. Başa düşür ki, sənət naminə soyunursan. Bəzi müğənnilər kimi efirə bağlı geyinib, amma orada-burada gizli-gizli onun-bunun qucağında oturmuram ki… Elə ifaçılar tanıyıram ki, efirdə zavallı və yazıq qadın obrazı yaratmağı sevir, namusdan-qeyrətdən danışırlar. Halbuki özlərində bu keyfiyyətlərdən əsər-əlamət yoxdur, həyat tərzləri bərbad gündədir. Şükürlər olsun ki, mən elə deyiləm.

– Sənət üçün soyunmağa dəyər?

– Bu, mənim üçün bir hobbidir, dediyim kimi, özümü seksual obrazlarda görməyi sevirəm. Bir var ki, həyatda obrazdan-obraza girəsən. O qədər roldan-rola girirlər ki, nə cür insan olduğunu müəyyən edə bilmirsən. Səhnədə dondan-dona girmək qorxulu deyil, əsas odur ki, həyatda simanı itirməyəsən, rola girməyəsən.

– Ətrafınızda belələri çoxdur?

– Məşhur olsam da, əslində çevrəsi geniş olan insan deyiləm. Çünki hər adamı həyatıma buraxmağı sevmirəm. Çox qapalı xasiyyətli insanam, dost dediyim insanları seçib-seçib, ələkdən keçirirəm. Bu səbəbdən də hesab edirəm ki, ətrafımda ikiüzlü insanlar yoxdur. Kənarda mənə yaxın olmayan insanlar çox şey danışa bilər, amma məni görəndə üzümə gülürlər. Bu cür insanlarla münasibət qurmamağa çalışıram, həmçinin məsafə saxlayıram.

– Film təklifləri gəlirmi? İstənilən rolu oynamağa hazırsınız?

– Gəlir, heç birini qəbul etmirəm. Çünki özümü aktrisa kimi görmürəm.

Əvvəlki yazı

“Seçilmə ehtimalım 95 faizdir” – Paşinyan

Sonrakı yazı

Brent markalı neft rekord vurdu – 2014-cü ildən etibarən ilk dəfə 76 dolları ötüb

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.