06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Adil Qeybulla: “İsgəndər Həmidovla bağlı ümidim azdır…”

05 Fevral 2020, 11:09
Cəmiyyət
A A
Adil Qeybulla: “İsgəndər Həmidovla bağlı ümidim azdır…”

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti yenidən pisləşib. Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla öz facebook profilində status paylaşıb.

O bildirib ki, yanvarın 24-də, təxminən saat 17.00-da bayır gəzintisi zamanı İsgəndər bəyin halı qəflətən pisləşib, huşunu itirib yıxılıb: “Yanındakı qohumu Kamran Şərifov mənə dərhal zəng vurub bu barədə bildirdi, qərarlaşdıq ki, onu tez xəstəxanaya çatdırsın. 20 dəqiqə müddətində İsgəndər bəyi ”City Hospital”a çatdırdılar.

Kamran bəy mənə bildirdi ki, huşu gedəndən təxminən 5-7 dəqiqə sonra özünə gəldi və qusmağa başladı, sonra yenidən huşsuz vəziyyətə düşdü. Xatırladım ki, daxil olmazdan 5 gün öncə ciddi soyuqdəymə (kəskin respirator xəstəlik) diaqnozu ilə “City Hospital”da 3 gün intensiv müalicə almışdı, vəziyyəti nisbətən yaxşılaşmışdı.

Klinikaya daxil olarkən huşsuz vəziyyətdə idi, dəri və selik qişaları kəskin azalmışdı, əl-ayaqları soyuq idi, qıcıqlara reaksiyası zəif idi, tənəffüsü səthi, xırıltılı idi. Dərhal reanimasiya tədbirlərinə başladıq”.

A.Qeybulla bildirib ki, vəziyyəti stabilləşdirmək və saturasiyanı təmin etmək üçün xəstə süni tənəffüsə (ağ ciyərlərin süni ventilyasıyasına) keçirilib: “İlkin olaraq xəstəyə ”Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik – Septik şok” diaqnozu qoyuldu.

Sonrakı müayinə və müalicə tədbirləri üçün bir neçə saatdan sonra xəstənin Mərkəzi Klinik Xəstəxanaya (MKX) köçürülməsi qərara alındı. Aparılan sonrakı müayinələr nəticəsində xəstədə beyində qanama, işemik insult, ikitərəfli virus pnevmoniyası, kreatinin yüksəlməsi müəyyən edildi.

Son klinik diaqnoz: “Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik – Septik şok. Baş beynin sağ hissəsində arxa birləşdirici arteriyada 6×4.5 mm ölçülərdə kisəvarı anevrizma. Anevrizmanın (subaraxnoid) qanaması. Sağ beyin yarımkürəsində gickah-alın-təpə nahiyələrində geniş yarımkəskin işemik insult sahələri. Xroniki böyrək çatışmazlığı”.

Professorun sözlərinə görə, hazırda İsgəndər Həmidov komadadır, vəziyyəti çox ağırdır, süni ventilyasiya aparatına qoşulub.

Keçmiş nazirin son durumunu öyrənmək üçün A.Qeybulla ilə əlaqə saxladıq. O, İ.Həmidovun vəziyyətinin olduqca ağır olduğunu söylədi: “Təəssüf ki, durumu çox ağırdır. Koma vəziyyətinin neçə gün davam edəcəyini söyləmək mümkün deyil. Uzun müddət davam etməsi də mümkündür. Hazırda əsas sual onun komadan çıxa bilib-bilməyəcəyi yönündədir.

Açığı, ümidlərim çox azdır. 10 gün ərzində İsgəndər bəy barədə məlumatın verilməməsinə gəlincə, deyə bilərəm ki, o, hazırda Mərkəzi Klinikadadır. Həkimlər bundan sonra məlumat verəcəklər. Məsələ fevralın 3-də ictimailəşdi. Kim nə soruşsa, məlumat verəcəyik”.

Həkim dövlət tərəfindən hər hansı bir dəstəyin verilib-verilməyəcəyinə də toxundu: “Dövlətin əvəzindən danışa bilmərəm. Amma düşünürəm ki, bir sabiq nazir kimi, hər halda, müvafiq strukturlar buna biganə qalmamalıdırlar.

Onu da deyim ki, İsgəndər bəyin artıq xaricə aparılması mümkün deyil. Yəqin ki, dövlətin müvafiq strukturları məsələdən xəbərdardırlar. Necə reaksiya verəcəklər, bu onların öz qərarlarıdır”.

Sabiq nazirin qardaşı oğlu, etatist.com internet qəzetinin təsisçisi Şəhriyar Məcidzadə: “Hazırda komadadır. Başqa elə bir əlavəm yoxdur. Hər şey Adil bəyin yazdığı kimidir. Fevralın 3-də xəstəxanada olmuşam. Onunla bağlı heç kim heç nə bilmədiyi üçün məsələ gündəmə gec çıxıb”.

Əvvəlki yazı

Polad Bülbüloğlu gedir? – sabiq nazir danışdı

Sonrakı yazı

Palata Trampın mətnini cırıb atdı – Video

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.