02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Adil Qeybulla: “Əhalinin 60%-i yoluxub”

04 İyul 2020, 13:27
Gündəm, Manşet
A A
Adil Qeybulla: “Əhalinin 60%-i yoluxub”

Repotyor.info tibb elmləri doktoru, professor Adil Qeybullanın müsahibəsini təqdim edir:

– Pandemiyadan danışarkən tez-tez koronavirus peyvəndinin olmaması bildirilir. Azərbaycanda kütləvi peyvəndləmə ehtimalı nə qədərdir?

– Əvvəla onu deyim ki, peyvəndləmə fəal immunlaşdırılma formasıdır. Bu, xəstəliklərin qarşısının alınmasında effektiv tədbirdir. Misalçün, peyvəndləmə yolu ilə karantin infeksiyasının ən təhlükəli formalarından birini – təbii suçiçəyi xəstəliyini dəf edə bildik. Peyvəndləmə qızılca, göy öskürək, qara qızdırma, difteriya, vərəm və s. kimi bir çox yoluxucu xəstəliklərin yayılmasının qarşısını alır.

Qrip epidemiyası ilə dəfələrlə müqayisə edilən SARS-CoV-2 əleyhinə peyvənddən danışarkən qeyd etməliyik ki, bu günə qədər qrip əleyhinə effektiv peyvəndin tapılmamasının səbəbi H1N1 virusunun hər il özünü fərqli şəkildə büruzə verməsi, fenotipik dəyişikliklərə, mutasiyalara məruz qalmasıdır.

– Koronavirusa qarşı peyvəndi ciddi bir nəsnə kimi qəbul etmək olmaz. SARS-CoV-2 ştammıilk yoluxma hallarından etibarən maksimum 8-9 ay ərzində aktiv olacaq MERS və SARS kimi koronavirus infeksiyaları ilə bağlı təcrübələr buna sübutdur…

– Buna görə də səbirli olmalıyıq və karantin normalarına ciddi şəkildə riayət etməliyik, sosial məsafəni qorumalıyıq, tibbi maska taxmalıyıq və mentalitetimizə xas vərdişlərdən əl çəkməliyik. Kiminləsə rastlaşanda əl tutub görüşməkdən, qucaqlaşmaqdan, öpüşməkdən çəkinməliyik.

– Məlumdur ki, peyvənd hazırlanması tələskənlik xoşlamır, sözügedən prosesdə təhlükəsizlik məsələlərinin öyrənilməsinə xeyli vaxt sərf olunur. Koronavirus peyvəndinin insan orqanizmi üçün nə kimi təhlükələri ola bilər?

– Peyvəndləmə təhlükəsiz deyil. Peyvənd icad olunsa belə, onun insan orqanizminə necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Qısa müddət ərzində peyvəndin təhlükəsizliyini və effektivliyini yoxlamaq mümkün deyil. Bunları araşdırıb öyrənmədən isə kütləvi peyvəndləmə aparmaq olmaz: dəfələrlə tələsik peyvəndləmənin faciələrlə sonuclanması müşahidə olunub.

Düşünürəm ki, sözügedən peyvəndin yaradılması və sınaqdan keçirilməsinə qədər koronavirus mutasiyaya uğrayıb özü tədricən yox olacaq. Bu baxımdan, karantin mədəniyyətinə əməl etmək, sosial məsafəni qorumaq, maska taxmaq və əlləri tez-tez yuyub təmizləmək infeksiyanın qarşısını almağın ən effektiv və asan yoludur.

– Vətəndaşları bir məsələ də narahat edir: nədən bəzi hallarda xəstəlik çox ağır keçir, hətta ölümlə nəticələnir, bəzi hallardasa isə o qədər yüngül keçir ki, yoluxanlar hətta xəstə olduqlarından belə xəbər tutmurlar? Ən kədərlisi isə ölənlərin arasında sağlam, cavan adamların, idmançıların olmasıdır…

– Bu yoluxma zamanı bədənə daxil olan virusun titrindən asılıdır. Virusun titri nə qədər yüksəkdirsə, xəstəlik də bir o qədər ağır keçir. Yeri gəlmişkən, bu, həkimlərdə və tibb mütəxəssislərində xəstəliyin daha ağır gedişatını izah edir. Buna görə də karantin qaydalarına əməl edənlər üçün xəstəlikdən qorunmaq daha asandır. Xəstəliyə dözmək daha asandır. Uşaqlar, gənclər, bəzən də böyüklərdə xəstəlik simptomsuz keçir.

Bəzi xəstələrdə xüsusilə güclü iltihabi proseslərə səbəb olan immun (sitokin) fırtınası baş verir, bu zaman immun hüceyrələri sağlam toxumalara hücum etməyə başlayır və bu, xəstənin ölümünə səbəb olur. Buna görə əksər xəstələrdə, xüsusilə də idmançılarda ağırlaşmalar baş verir.

– Koronavirus testlərinin nəticələrinə tam etibar etmək mümkündürmü?

– Koronavirus testlərinin nəticələri aldadıcı ola bilər. Bəzən xəstəlik təsdiqləndikdən sonra belə, test mənfi nəticə göstərir. Buna görə də testləri ayrıca element kimi deyil, diğər müayinə amilləri ilə birlikdə nəzərdən keçirilməlidir.

– Məlumdur ki, yayda ağciyər xəstəlikləri yüngül və hətta simptomsuz keçir. Ola bilsin, belə demək doğru deyil, amma bəxtimiz gətirib ki, xəstəliyin pik həddi yay aylarına təsadüf edir. Bəs xəstəliyin yeni dalğasının gəlişi mümkündürmü?

– Yay aylarında günəş şüaları, xüsusən də ultrabənövşəyi şüalar səthlərdə virusu məhv edir. Bu mənada sizin fikrinizlə razıyam. Yay bizim xeyrimizədir. Təbii ki, payızda kəskin respirator xəstəliklər daha çox olur: üst tənəffüs yollarında müxtəlif viruslar, parazitlər – adenoviruslar, rinoviruslar, paroviruslar və s. Soyuqdəymə və koronavirus da hər il kəskin mövsümi respirator xəstəliklərə səbəb olur. Payızda, bu xəstəliklər baş qaldıranda SARS-CoV-2 koronavirusu yavaş-yavaş sönəcək. Ölkədə kollektiv immunitet yaratma prosesinin getməsi də buna zəmin yaradır. Xəstəliyin ikinci dalğasına gəldikdə, bəzi ölkələrdə bu proses artıq başlayıb. Xəstəliyin yayılma piki isə payızın əvvəlinədək davam edəcək.

Azərbaycanda infeksiyanın yayılmasının fərqli – spesifik mənzərəsi müşahidə olunur. Bizdə karantin rejiminin yumşaldılmasından sonra aktiv surətdə kollektiv immunitetin yaradılması prosesi gedir. Hazırda ölkədə əhalinin 60%-i yoluxub və bu proses davam edir. kollektiv immunitetin aşağı həddi xəstələrin 70%-ni təşkil edir və biz bu yoldayıq.

Əvvəlki yazı

Sabah havanın temperaturu 38 dərəcə olacaq

Sonrakı yazı

Yol polisi 629 nəfəri cərimələdi

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.