13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Acların demokratiyası: nazirlərin dəyişməsi də ölkəni uçuruma yuvarladır – Səbəblər…

10 May 2018, 09:38
Cəmiyyət
A A

Ac ölkəyə demokratiya lazım olmur. Məşhurlardan birinin sözüdür. Azərbaycan bu gün həmin ac ölkəni xatırladır.
Anaxeber.Az yazır ki, xalqların qarnı tox olmayana qədər insan haqları, ədalət və siyasi azadlıqları arxa planda can verməkdə olurlar.
Toplumlar can hayında olduğu vaxtda, qəssablar piy axtardığı üçün demokratiya üfüqdə belə görsənmir. Toxun acdan yox, acın demokratiyadan nə xəbəri?!
Ona görə də son 25 ilin tarixi mənzərəsi acların can hayında olarkən toxların seçkiləri keçirməsi, istədikləri kadrları təyin etməsi, varlıların və vəzifəlilərin öz adamlarını postlara yerləşdirməsi ilə müşayiət olunur.
***
SSRİ-nin yıxılmasında heç bir sosial partlayış olmadı. 15 respublika aclığa, çörəksizliyə, rüşvətə, bürokratiyaya etiraz etmirdi, yalnız milli məsələ qabarmışdı.
Çünki sovet xalqlarının işsizlik və çörək pulu dərdi yoxuydu. O baxımdan sovet ittifaqının “axilles dabanı” milli məsələydi ki, bu yolla da 70 ilin hökumətini yıxdılar.
Müstəqil Azərbaycanın isə nə milli, nə dini, nə irqi ayrı-seçkilik və yaxud bu coğrafiyada yaşayan millətlərin arasında bir nifaq var.
Əksinə, azərbaycanlılar dostluq və mehribanlıqda tolerant, multukultural olduqlarını həm sovet, həm müstəqillik illərində sübut ediblər.
Buradakı ruslara, ermənilərə, yəhudilərə, ləzgi, talış, kürd, avara heç vaxt fərq qoyulmayıb, hamı Azərbaycan vətəndaşıdır.
Ancaq eyni sözləri sosial idarəçilik haqda söyləmək çətin olacaq. Nədən ki, Azərbaycandakı sistem sosial rifahın düşmənidir, xalqın firavan yaşamasının əleyhinədir.
***
Bu, vəhşi kapitalizm də deyil, feodalların rəiyyət üzərindəki quldarlıq quruluşudur. Baxın – məmurlar oliqarxlaşır və bürokratlaşıblar, onlara yaxın getmək olmur. İcra hakimləri və nazirlər, müavinləri, deputatlar əlçatmaz ulduza dönüblər.
Hündür hasarlara alınmış hektarlarla ərazidə tikilmiş malikanələri, milyonluq maşınları, restoran-otelləri, balalarının lüks həyatı, xaricdə daşınmaz əmlak və biznesləri…
Və həmin hasarlarla üzbəüzdə tifil, məzlum, çörək pulu üçün dəridən-qabıqdan çıxan, cırmaqlayaraq yaşayan bir xalq var.
Bu sosial vəhşilik, təbəqləşmə, zümrələr arasında fəhlə və zadəgan siniflərin yaranması ölkəni uçuruma yuvarladır.
SSRİ-ni yıxa bilməyən sosial ədalət məsələsi Azərbaycandakı sistemin budaqlarını öz əli ilə baltalayır.
Vətəndaşların süründürülməsi, ələ salınması, qapıdan qovulması, nazirlərin ağa-bəy həyatı…Axı bunları hansı Avropa ölkələrində var?
Holland, alman məmur velosipedlə işə gedir, naziri xalqın olduğu marketə girib özü bazarlıq edir və ən nəhayət, rüşvət, korrupsiya artıq Qərb cəmiyyətində aşağılar üçün çoxdan arxivə qovuşub.
Azərbaycanda isə acların demokratiyası olmadığı üçün bu xalqın Avropa cəmiyyətləri kimi siyasiləşməsi qeyri-mümkündür.
Çünki insanlar bir tikə çörəyin dalınca qaçanda siyasi hüquqlarını unudurlar. Və sosial bərabərsizlik, sosial tarazlıq pozulanda, tərəzidə əyiləndə gec-tez siyasi böhran fazasına keçid edir.
***
Anaxeber.Az yazır ki, Nazirlər Kabinetinin təsdiqlənməsindən sonrakı mənzərə də həmin məhz quldar-qul münasibətlərinin saxlandığını göstərməkdədir.
Hökumətin tərkibində iri fiqurlar getdi, yerinə gənc nazirlər təyin olundular. Ancaq fiqurların dəyişməsi ilə sistem dəyişmir. Necə Əli İnsanovdan sonra Oqtay Şirəliyev, Misir Mərdanovdan sonra Mikayıl Cabbarov, Füzuli Ələkbərovdan sonra Səlim Müslümov təhsil, səhiyyə, sosial təminat sektorlarından heç bir müsbət dəyişikliyə getmədilər.
Sistem dəyişməlidir, idarəçilik prinsipləri fundamental olaraq təzələnməlidir, aşağılarda rüşvət kökündən kəsilməlidir. Olacaqmı? – inandırıcı deyil.
Çünki yeni nazirlərin gəlməsinə baxmayaraq, yenə təhsil, sosial müdafiə sektoru, miqrasiya xidməti, gömrük rüşvət və korrupsiya girdabında çabalayır.
Birinci növbədə maaşlar artmalıydı ki, dövlət strukturunda işləyənlərin əli rüşvətə bulaşmasın. Eynilə Gürcüstan modelinin tətbiqi labüd idi.
Amma yeni gələn nazirlərin yalnız köhnə komandanı qovub yerinə öz adamlarını gətirməklə “islahat”lar həyata keçirdiklərini müşahidə etməkdəyik.
Nə qədər ki, məktəblərdə, universitetlərdə semestr pulu, xəstəxanalarda soyğunçuluq, aqrar sektorda maxinasiyalar, gömrükdə iş adamlarının “dərisinə saman təpilməsi” davam edəcək Fransadan, İngiltərədən belə nazir gətirsən, xeyri olmayacaq.
Hakimiyyət isə korrupsiya sistemindən imtina edə bilmir. Nazirlər və məmurlar aşağılara “qan uddurmasa” büdcə dolmayacaq, özləri varlana bilməyəcəklər.
***
Odur ki, nazirlərin hündür hasarlara alınmış hektarlarla ərazidə tikilmiş malikanələri, milyonluq maşınları, restoran-otelləri, balalarının lüks həyatı, xaricdə daşınmaz əmlak və biznesləri…
Və həmin hasarlarla üzbəüzdə tifil, məzlum, çörək pulu üçün dəridən-qabıqdan çıxan, cırmaqlayaraq yaşayan bir xalq var.
Bu sosial vəhşilik, təbəqləşmə, zümrələr arasında fəhlə və zadəgan siniflərin yaranması ölkəni uçuruma yuvarladır.
Millət vəkili Qüdrət Həsənquliyev haqlıdır. Bu ölkədə maaşlar artmayınca heç nə düzəlməyəcək.
Müəllim və həkimlərdən başlamaq lazımdır, bu peşə sahiblərinin maaşları artsa avtomatik digər peşə sahiblərinin də maaşlarını qaldırmaq lazım gələcək.
Əlbəttə, bəzi iqtisadçılar deyə bilər ki, maaşları 300-500 manatdan 3 və 5 minə qaldırmaq inflyasiyaya səbəb olacaq.
Ancaq maaşlar artmadan da iqtisadiyyatda yerimizdə sayacağıq, rüşvət və korrupsiyanın da miqyasını azaltmaq mümkün olmayacaq.Hansı iqtisadiyyat üçün daha çox təhlükəlidir: inflyasiya yoxsa korrupsiya?
Türkiyədə və sanksiyalardan uzun on illiklərdir qurtulmayan İranda müəllimlərin və həkimlərin maaşları 3-5 min dollar arasındadırsa, Azərbaycanda niyə olmasın?
Qonşularımızın əhalisi 80 milyon nəfər civarındadır. Bizdə bunun onda biri qədər əhali var, neft və qaz gəlirləri də hər keçən gün artır.
Bizdə də maaşları normal insan kimi yaşamağa imkan verəcək həddə artırmaq mümkündür.
Bir sözlə bu məsələyə əməli başlı əncam çəkmək lazımdır, yoxsa il ərzində 10 faizlik artımla uzağa gedə bilməyəcəyik, yaxındakı uçuruma gedəcəyik…
Anaxeber.Az
Turan

Əvvəlki yazı

İki nəfərin ölümündə adı keçən Nəsimi başçısı və oğlundan şok – Dosye

Sonrakı yazı

İsrail aviasiyası Suriya ordusunun mövqelərini atəşə tutub

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.