“Kim dünyada zərrə qədər yaxşı iş görmüşdürsə, onun mükafatını alacaqdır.”
Bu gün Respublikatv -nin təsisçi direktoru Ramilə Sultan acınacaqlı halda yaşayan kimsəsiz bir ailənin evində olub. Sözügedən ailə Suraxanı Rayonu Komsomolski küçəsində yaşayan Söhbətova Xəlqanə xanımdır.
Söhbətova Xəlqanə tək qadın olaraq üç övladı ilə birgə acınacaqlı halda yaşayır.
Ailənin maddi durumu və yaşadığı ev tamamən ağır vəziyyətdədir.
Xəlqanə Söhbətova xadiməçi olaraq çalışır. Lakin səhhəti ilə əlaqədar işinə də doğru düzgün gedə bilmir. Yaşadığı evin komunal xidmətlərini ödəməyə gücü çatmır.
Eyni zamanda bunu da qeyd edək ki, Söhbətova Xəlqanə maddi durumunun aşağı vəziyyətdə olmasından övladlarına təhsil verə bilmir.
Acınacaqlı olsada demək lazımdır ki, ailənin yatmağa belə əşyaları yoxdur. Yağışlı havalarda isə yaşadıqları ev tamamən sıradan çıxaraq çökük vəziyyətə düşür.
Bu gün Xəlqanə xanımın övladları tamamən pərişan haldadırlar.
Söhbətova Xəlqanənin sözlərindən məlum oldu ki, onlar yaxın qonşularının köməkləri sayəsində yaşayırlar.
Xəlqanə xanım və övladları imkanı çatan hər kəsdən onlara yardımçı olmağı xahiş edir. Onların səslərinə səs vermələrini istəyirlər.
Bu gün məhz belə ailələrin bizlərin həm maddi həm də mənəvi dəstələrinə ehtiyacları var.
Biz də Respublikatv olaraq hər kəsdən bu ailəyə dəstək olmağınızı xahiş edirik. Ailəyə dəstək üçün təsisçi direktorumuz Ramilə Sultana müraciət edə bilərsiniz.
Güc birlikdədir!
