12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abutalıbov kabinetini boşaltdı – mer sürpriz isim ola bilər

27 Aprel 2018, 09:19
Cəmiyyət
A A
Abutalıbov kabinetini boşaltdı – mer sürpriz isim ola bilər

Sabiq  BŞİH rəhbəri Nazirlər Kabinetində 17 il əvvəlki görəvini icra edəcək; onun yerinə kim gələcək?

Prezident İlham Əliyev aprelin 21-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov baş nazirin müavini vəzifəsinə təyin olundu. Abid Şərifovun hökumətdəki yerini tutan H.Abutalıbov  yenə də Bakıdakı tikinti-söküntü işlərinə, Bayılda və digər ərazilərdə sürüşmə zonalarındakı vəziyyətə cavabdeh olacaq.     

Yada salaq ki, A.Şərifov istefaya göndərilməmişdən bir neçə gün əvvəl  “Sovetski” adlanan ərazidə yeni söküntülərin başlayacağının anonsunu vermişdi.

A.Şərifov demişdi ki, ərazidə yaşayan sakinlər köçürülmə ilə bağlı məlumatlandırılıblar. Mayın əvvəlindən “Sovetski”də köçürülmənin növbəti mərhələsinə başlanılacaq. Bu mərhələdə 2500-ə qədər evin sökülməsi nəzərdə tutulur. A.Şərifovun bu görəvini indi H.Abutalıbov icra edəcək. Yeri gəlmişkən, Abutalıbov 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər də baş nazirinin müavini vəzifəsində çalışıb. Onun mer təyinatından sonra bu postu A.Şərifov tutub. Yəni prinsipcə, Abutalıbov köhnə iş yerinə və görəvinə qayıdıb.

“Yeni Müsavat” a verilən məlumata görə, H.Abutalıbov artıq kabinetini boşaldıb və sabiq merin əşyaları Nazirlər Kabinetinə daşınıb. İndi diqqətlər həm də Bakı meriyasında H.Abutalıbovun boşalan yerinə  kimin təyin ediləcəyinə yönəlib.

Modern.az saytının məlumatına görə, hazırda Bakı Şəhər İcra Hakimiyyətinə faktiki olaraq Fidumə Hüseynovarəhbərlik edir. Məsələ burasındadır ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyində 3 vəzifə var – başçı və iki müavin. Amma hazırda başçı və bir müavin vəzifəsi boşdur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov ötən ilin iyununda vəfat edib və onun yerinə də hələ  təyinat olmayıb. R.Pənahov  2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini idi.

Fidumə Hüseynova ile ilgili görsel sonucu

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan Fidumə Hüseynova 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. O, uzun illərdir ki, BŞİH müavin postundadır. 2003-cü ilin yayında H.Əliyevin sərəncamı ilə müavin vəzifəsindən azad edilərək Binəqədiyə icra başçısı təyin edildi. Amma cəmi ik il sonra-2005-ci ildən yenidən BŞİH-ə qaytarıldı.

BŞİH-ə təyinatın ləngiməsi ilə bağlı ən müxtəlif iddialar var. Məlumdur ki,  Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi.

Müxtəlif vaxtlarda bu məsələ gündəmə gətirilsə də, hələ də müsbət sonluqla nəticələnməyib. Bələdiyyələr Bakının 11 rayonunda yaradılıb. Amma Bakı Şəhər Bələdiyyəsinin yaradılması yubanır. Yaxın illərdə də Bakı Şəhər Bələdiyyəsinin yaradılması real olmadığı üçün təyinatın gecikməsinin, şübhəsiz ki, bununla  əlaqəsi yoxdur.

BŞİH ile ilgili görsel sonucu

Mer  postuna ən müxtəlif adamların adı çəkilir.  Məsələn, bir iddiada deyilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi  Bayramov mer ola bilər. O, həm də  gənclər və idman naziri Azad Rəhimovun qudasıdır. SOCAR-ın vitse-prezidentlərindən birinin bu vəzifəyə gətiriləcəyi də deyilir.   Səbayel RİH-in başçısı Eldar Əzizov, Nəsimi RİH-in başçısı Asif Əsgərov və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehrəliyevin adı da son günlər daha çox çəkilir.

Amma prezidentin son təyinatları bir daha göstərdi ki, medianın bu istiqamətdə cəhdləri əbəsdir. Bu səbəbdən də mer postuna sürpriz isim gətiriləcəyi daha çox gözləniləndir. Amma kim?

“Yeni Müsavat”

Əvvəlki yazı

Alt paltarsız efirə çıxan Könülün qaşını əri partladıb – Əzilmiş, sınmış kişicik arvadını döyər – FOTO

Sonrakı yazı

Müxalifət təşkilatları cümhuriyyət qurucusunun məzarını ziyarət edə bilər

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.