21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeronda Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi qeyd edildi

22 Dekabr 2018, 15:43
Cəmiyyət
A A
Abşeronda Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi qeyd edildi

Sovet İttifaqı qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi (Mixaylo) Hüseynzadənin (1918-1944) anadan olmasının 100 illiyi münasibətilə Abşeron rayonunda silsilə tədbirlər keçirilir. 

Bu münasibətlə dekabrın 21-də Abşeron rayonu Novxanı kənd Mehdi Hüseynzadə adına 1 nömrəli tam orta məktəbdə Mehdi Hüseynzadənin anadan olmasının 100-cü ildönümü təntənəli qeyd olunub.

 İctimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Novxanı kəndində Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklil qoyub və Mehdinin adını daşıyan  məktəbdə onun xatirəsinə yaradılmış muzeylə tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, o dövrə aid fotolar, Mehdi Hüseynzadənin döyüş yoldaşlarının və ailəsinin təqdim etdikləri qiymətli eksponatlar bu muzeyə gələnlərdə qəhrəmanın həyatı və keçdiyi döyüş yolu haqqında dolğun təəssürat yaradır.

 

Məktəbin akt zalında davam etdirilən tədbirdə dövlət himni səsləndirilib, dövlət bayrağı səhnəyə gətirilib. Daha sonra “Onun təxəllüsü Mixaylo idi” adlı sənədli film nümayiş etdirilib. 

 

Məktəbin direktoru Taliyə Paşayeva qəhrəmanın həyat yolu haqqında ətraflı məlumat verib.

 

Yubiley mərasimində çıxış edən İradə Gülməmmədova bildirib ki, 1941–1945-ci illəri əhatə edən Böyük Vətən Müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və misilsiz hərbi şücaəti ilə böyük şöhrət qazanmış, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazan Mehdi Hüseynzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 23 iyun 2018-ci il tarixli sərəncam imzalamışdır. Bu sərəncamdan irəli gələrək respublikamızda silsilə tədbirlər keçirilir, qəhrəmanımızın həyat yoluna növbəti dəfə baxılır.

 

Böyük Vətən Müharibəsində qələbə qazanmağımızda Mehdi Hüseynzadənin misilsiz rolu, onun bir kəşfiyyatçı kimi ötürdüyü hərbi informasiyalar və ümumilikdə Azərbaycan igidlərinin göstərdiyi şücaət danılmaz faktdır. Məhz belə qəhrəmanların rəşadəti sayəsində hərb tariximiz zənginləşmiş, özündən sonra gələn nəsil üçün bir örnəyə çevrilmişdir.

Xüsusilə qeyd edilib ki, sovetlər dövründə Mehdi Hüseynzadənin adının əbədiləşdirilməsinin təşəbbüskarı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olub. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyev bu ənənəni davam etdirir.

Xanım başçı, əmin olduğunu bildirib ki, Həzilər, Mehdilər, Mübarizlər yetirən Vətən torpağı heç vaxt işğalla barışa bilməz və barışmayacaq. Azərbaycanın üçrəngli bayrağı işğal altında olan əzəli torpaqlarımızda da dalğalanacaq.

 

Daha sonra  “Əfsanəvi Mixaylo” kitabının müəllifi Şəmistan Nəzirli, Abşeron qəzetinin baş redaktoru Elimxan Mehrəliyev və digər natiqlər çıxış edərək xalqımızın igid oğlu Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, onun uzaq Adriatik dənizinin sahillərindəki Sloveniya kəndlərində başçılıq etdiyi partizan qrupu ilə birlikdə apardığı kəşfiyyat əməliyyatlarındakı uğurlarından söhbət açıblar.

 

Yubiley tədbirində şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər söyləyib, mahnılar oxuyublar.

 

Əvvəlki yazı

“Nar” Azərbaycanda keçirilən boks üzrə yarışa dəstək oldu

Sonrakı yazı

TƏHSİL NAZİRİ BDU-ya YENİ RƏHBƏR GÖNDƏRDİ – Firudin Qurbanov rektor əvəzi oldu (Yeniləndi)

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.