• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Bazar ertəsi, 1 Mart 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Rəsmi

Abşeronda məcburi köçkünlər üçün tikilmiş mənzillər istifadəyə verilib –Prezident İlham Əliyev və Birinci xanım mərasimdə iştirak edib (YENİLƏNİB) FOTO

2018-12-24
in Rəsmi
0
Abşeronda məcburi köçkünlər üçün tikilmiş mənzillər istifadəyə verilib –Prezident İlham Əliyev və Birinci xanım mərasimdə iştirak edib (YENİLƏNİB) FOTO
0
Paylaşılıb
12
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib.

Bənzər Yazılar

Sabah Bakıya yağış, rayonlara qar yağacaq

Qarabağa böyük qayıdış: İşçi Qrup yaradıldı – SİYAHI

“Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac qalmır” – Prezident

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi qərara alınıb. Məhəllənin salınması üçün 50 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1000 ailənin yerləşdirilməsi üçün 17,5 hektar torpaq sahəsi istifadə edilib. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilib. Kompleksin inşasına bu ilin martında başlanılıb və tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7 mərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri – klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.

Dövlətimizin başçısına məlumat verildi ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış oldular. Qeyd edildi ki, buradakı mənzillərdən 77-i birotaqlı, 420-sı ikiotaqlı, 406-sı üçotaqlı, 96-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 76 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda Sumqayıt şəhəri və Abşeron rayon ərazisində yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaq. Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. İndiyə qədər bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bu istiqamətdə atılan mühüm addımlardan biri də 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdı.

Sonra dövlətimizin başçısı və birinci xanım uşaq bağçasında yaradılan şəraitlə tanış oldular. Qeyd edildi ki, burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. 140 yerlik bağça uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb, uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib. Ətrafda abadlıq və quruculuq işləri görülüb.

Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İlin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bu da 53 min 500 ailə və ya 300 min qaçqın və məcburi köçkün deməkdir. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı – əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Daha sonra yaşayış kompleksində tikilən Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, bu təhsil ocağı 792 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcək. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilir.

Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdülər.

Dövlətimizin başçısı yeni şəhərciyin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etdi.

Məcburi köçkünlər adından çıxış edən Milli Qəhrəman atası Nəriman Həmidov və Aqil Quliyev yaradılan gözəl şəraitə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sakinlərin minnətdarlıqlarını çatdırdılar.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

RƏSMİ NİKAHDAN, “İNCİL”Ə AND İÇMƏKDƏN VƏ XAÇ SUYUNDAN İMTİNA EDƏN BAŞ NAZİR- Mühəndislikdən siyasətə gələn, futbol azarkeşi olan Aleksis Tsipras...

Sonrakı yazı

Səkkiz yaşlı oğlu ilə birgə parkda yatan əlil süpürgəçi qadın - ÜRƏKPARÇALAYAN VİDEOSU

Sonrakı yazı
Səkkiz yaşlı oğlu ilə birgə parkda yatan əlil süpürgəçi qadın – ÜRƏKPARÇALAYAN VİDEOSU

Səkkiz yaşlı oğlu ilə birgə parkda yatan əlil süpürgəçi qadın - ÜRƏKPARÇALAYAN VİDEOSU

Akif Çovdarovla işbirliyində olan bələdiyyə sədri: Siyanfər Əliyevin Masazır imperatorluğu

Akif Çovdarovla işbirliyində olan bələdiyyə sədri: Siyanfər Əliyevin Masazır imperatorluğu

ƏƏSMN-in Kasıblara ölüvay heyvanlar verilməsinin pərdəarxası – VİDEO

ƏƏSMN-in Kasıblara ölüvay heyvanlar verilməsinin pərdəarxası - VİDEO

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

2021-03-01
Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

2021-03-01
Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

2021-03-01
İki milyondan çox pul mənimsəyən direktorun işi məhkəmədə

İki milyondan çox pul mənimsəyən direktorun işi məhkəmədə

2021-03-01
“Borcun içində batırlar“ – Tanınmış aparıcı

“Borcun içində batırlar“ – Tanınmış aparıcı

2021-03-01
Şuşada çəkilən fotonun müəllifi o imiş…

Şuşada çəkilən fotonun müəllifi o imiş…

2021-03-01
“Manaf Ağayev banka olan borcumu ödəməyib“ – Günel Ələkbərova

“Manaf Ağayev banka olan borcumu ödəməyib“ – Günel Ələkbərova

2021-03-01
İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində

İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində

2021-03-01
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu

2021-03-01
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi – 2 nəfər qatılmadı

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi – 2 nəfər qatılmadı

2021-03-01
İki icra başçısının başı “kötük”də: Abşeron və Nəsimidə təşviş…

İki icra başçısının başı “kötük”də: Abşeron və Nəsimidə təşviş…

2021-03-01
Bacı qardaşını öldürdü – Ağdaşda dəhşət

Bacı qardaşını öldürdü – Ağdaşda dəhşət

2021-03-01
Deputat: “Prezidentin mətbuat konfransı diplomatiyanın qələbəsi idi”

Deputat: “Prezidentin mətbuat konfransı diplomatiyanın qələbəsi idi”

2021-03-01
Vilayət Eyvazov sabiq polis rəisinə yeni vəzifə verdi

Vilayət Eyvazov sabiq polis rəisinə yeni vəzifə verdi

2021-03-01
“Paşinyan möhkəm çıxdı, qalib gələcək” – Zərdüşt Əlizadə

“Paşinyan möhkəm çıxdı, qalib gələcək” – Zərdüşt Əlizadə

2021-03-01
Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir

Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir

2021-03-01
DYP-dən sürücülərə xəbərdarlıq – Bunu etməyənlər cərimələnəcək

DYP-dən sürücülərə xəbərdarlıq – Bunu etməyənlər cərimələnəcək

2021-03-01
Tatlısəs evlənir: sevgilisi 42 yaş kiçikdir – Foto

Tatlısəs evlənir: sevgilisi 42 yaş kiçikdir – Foto

2021-03-01
Şəbnəm Tovuzlu Türkiyəyə istirahətə getdi – Fotolar

Şəbnəm Tovuzlu Türkiyəyə istirahətə getdi – Fotolar

2021-03-01
İlham Əliyevin “İskəndər” açıqlamasının gizlinləri

İlham Əliyevin “İskəndər” açıqlamasının gizlinləri

2021-03-01

Seçmə

  • Bütün
  • SEÇMƏ
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu
SEÇMƏ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu

2021-03-01
“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş
Araşdırma

“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş

2021-03-01
Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı
SEÇMƏ

Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı

2021-03-01
Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?
SEÇMƏ

Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

2021-03-01
Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj
Cəmiyyət

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

2021-02-28
Saxta ətirlər xərçəngə yol açır – Professor
SEÇMƏ

Saxta ətirlər xərçəngə yol açır – Professor

2021-02-28
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

2021-03-01
Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

2021-03-01
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.