Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi

8 Noyabr 2019 - 18:16
225 oxunma

Dövlət Bayrağı Günü münasibətilə Abşeron rayonun inzibati mərkəzi olan Xırdalan şəhərində ümumrayon tədbiri keçirilib. Reportyor.info xəbər verir ki ,tədbirdən əvvəl Xırdalan Musiqi Məktəbinin binasının qarşısından Bayraq Meydanına qədər ümumrayon yürüşü düzənlənib.

Milli musiqimizin sədaları altında rayonun minlərlə sakini şəhərin Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qalubiyyə küçələrindən keçməklə ümummilli liderin adını daşıyan parkdakı Bayraq Meydanına doğru hərəkət ediblər. Bayram tədbirində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər il olduğu kimi bu ildə Abşeron Rayon İcra Hakimiyyəti Bayraq Gününün təntənə ilə qeyd edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb. Builki bayram yürüşü 10 min insanın iştirakı ilə yadda qalıb. Bayram münasibətilə bütün yaşayış binaları üçrəngli bayrağımızla bəzədilib. Xalqımızın qürur mənbəyi və iftixarı, dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.

Tədbirdə bildirilib ki, bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin rəmzidir. Məhz Ulu Öndərin siyasi cəsarəti hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilib və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb.

Bayram tədbirində respublikanın tanınmış incəsənət ustaları vətənimizə, bayrağımıza həsr olunan mahnılar ifa ediblər. Uşaq Musiqi və İncəsənət məktəblərinin çıxışı maraqla qarşılanıb. Ədəbi bədii kompozisiyalar nümayiş olunub.

 

 

 

 

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"