13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeron koronavirusa qarşı çırmanıb: rayondan son – Fotolar

28 Mart 2020, 18:17
Uncategorized
A A
Abşeron koronavirusa qarşı çırmanıb: rayondan son – Fotolar
Abşeron rayonunda koronavirus (COVID-19) pandemiyası ilə bağlı yarana biləcək təhlükənin aradan qaldırılması üçün həyata keçirilən profilaktik tədbirlər genişləndirilib.
Reportyor.info-ya verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Abşeron rayonunda sosial izolyasiya istiqamətində mühüm addımlar atılır. Hazırda Abşeron rayonunda epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı, qabaqlayıcı tədbirlərin görülməsi diqqət mərkəzindədir.
Belə ki, rayonda xəstəliyin yayılmasının qarşının alınması, əhalinin mütəmadi olaraq məlumatlandırılması və əsassız dezinformasiyanın qarşısının alınması məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı yanında operativ qərargah yaradılıb, sakinlər arasında geniş maarifləndirmə işlərinin aparılması davam etdirilir.
Bütün ölkədə olduğu kimi, Abşeron rayonunda da təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra bütün ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında, mədəniyyət və tibb müəssisələrində yoluxucu xəstəliyin profilaktikası məqsədilə kütləvi dezinfeksiya işlərinin aparılması təmin edilib.
Bununla yanaşı, rayonun operativ qərargahının tərtib etdiyi qrafik əsasında Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Xırdalan şəhəri də daxil olmaqla Abşeronda kənd və qəsəbələrin küçə və prospektləri, parkları, binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya edilir.
Rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən rayon ərazisində yerləşən məcburi köçkünlər üçün salınmış Zəngilan, Gənclər və Qaranat şəhərciklərində koronavirusa qarşı dezinfeksiya olunub.
Rayonun mərkəzi bazarında, avtovağzalında, ictimai iaşə və ticarət obyektlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dükanların qarşısında, dayanacaqlarda, bir sözlə, insanların toplaşdığı bütün yerlərdə tibbi-profilaktik və dezinfeksiya tədbirləri gündəlik olaraq aparılır.
Maarifləndirmə işlərinin səmərəliliyini daha da artırmaq məqsədilə səsgücləndirici qurğular quraşdırılmış xüsusi avtomobillər vasitəsilə sakinlər arasında təbliğat aparılır, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri sakinlərə çatdırılır.
Bununla bərabər, rayon icra hakimiyyətinin rəsmi “Facebook” səhifəsində və internet resurslarında “evdə qal, həyatını xilas et!” devizi altında çağırışlar edilib.
Abşeronlu könüllülər tərəfindən sakinlərə bukletlər paylanılıb, müxtəlif yerlərdə elanlar yapışdırılıb. Eləcə də kənd və qəsəbələrin icra nümayəndəliklərinin, könüllülərin iştirakı ilə ahılların evdən çıxmadan ərzaq və dərman preparatları ilə təmin olunması həyata keçirilir.
Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatı işçilərindən, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdən, bələdiyyələrdən, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və polis əməkdaşlarından ibarət yaradılmış mobil qruplar ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işini həyata keçirirlər.
Çevik Polis Alayı əməkdaşları rayonun müxtəlif ərazilərində səsgücləndirici ilə insanları maarifləndirir, çölə çıxmamağa çağırır. DİN əməkdaşları sakinlərdən 10 nəfərdən artıq adamın bir yerə toplaşmamağını, yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması və qoyulan qayda-qanunlara əməl etmələrini xahiş ediblər.
Qeyd edək ki, gündəlik olaraq rayon üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib və gücləndirilmiş iş rejiminə keçirilib. Rayondan görüntüləri təqdim edirik:
Əvvəlki yazı

Rusiya koronavirusun dərmanını tapdı

Sonrakı yazı

Bu şəxslər Bakıya buraxılır – DİN açıqladı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.