05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeron gənclər şəhərciyinin bitib tükənməyən marşrut problemi-199 saylı avtobus bu gün səhər 27 dəqiqə gecikdi

28 Sentyabr 2018, 12:03
Cəmiyyət, Seçmə
A A
Abşeron gənclər şəhərciyinin bitib tükənməyən marşrut problemi-199 saylı avtobus bu gün səhər 27 dəqiqə gecikdi

Abşeron gənclər şəhərciyinin sakinləri bu gün səhər Bakı Mühəndislik Universitetindən Yaşıl bazar istiqamətində hərəkət edən 199 saylı avtobusu 27 dəqiqə gözləməli olublar.

Avropa.info-nun məlumatına görə, Riyad ticarət mərkəzinin qarşısından səhər saat 08:31-dən hərəkət edən avtobusdan sonra növbəti avtobus saat 08:48-də dayacanağa gəlib.

Sərnişinlərin avtobusun gecikməsi ilə bağlı etirazına sürücü “mənlik deyil” cavabını verib.

Qeyd edək ki, sentyabrın ayının 15-dən sonra 199 saylı marşrut avtobusunda səhərlər daha çox gecikmələr müşahidə olunur. Sərnişinlər işə gecikməsin deyə, həmin yolda hərəkət edən 1 manatlıq taksi xidmətlərindən istifadə edilər.

Yaranan problemlə bağlı danışan “Xaliq Faiqoğlu” MMC-nin mətbuat katibi Nizam Rzayev bildirib ki, 199 saylı marşrut xəttində elektron ödəmə sisteminin (BakıKart) tətbiq edilməsinə başlanılıb və son günlərdə xətt üzrə avtobusların sayı artırılaraq interval 5 dəqiqəyə endirilib: “Lakin günün müəyyən saatlarında Şamaxinka, 20 yanvar mts, 3-cü mkr dairəsi, Xutor dairəsi, Atatürk prospekti, “Gənclik” mts, Xətai prospekti istiqamətində baş verən tıxac və sıxlıq avtobusların intervalının pozulmasına səbəb olur və gecikmələr yaşanır. Bütün sərnişinlərdən xahiş edirik bu kimi məsələlərdə anlayış göstərsinlər”.

Lakin iş orasındadı ki, bu gün səhər avtobusun gecikdiyi zaman intervalında Bakı Mühəndilik Universitetinin qarşısındakı dayanacaqda 199 saylı marşrutun 3 avtobusu hərəkət etmədən gözləyib. Sürücünün dediyinə görə, həmin avtobuslardan biri nasaz olub.

Sərnişinlərin işə gecikməməsi üçün avtobusların bir qismini üzü şəhərə doğru hərəkət istiqamətində artırmaq mümkündürmü, sualına N.Rzayev bildirib ki, avtobusların hamısını sonuncu dayanacaqda saxlamaq sadəcə mümkün deyil, hamısı qrafik üzrə çıxır və şəhərin mərkəzində intervallar bizdən asılı olmayan səbəblərdən pozulur: “Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, bu halların yaranmamasına çalışırıq”.

Görünən odur ki, bütün bu vədlər və açıqlamalar sərnişinlərin rahatlığı üçün müsbətə doğru heç nəyi dəyişmir. Çünki ən çox şikayət olunan marşrut avtobuslardan biri də məhz 199 saylı avtobuslardır.

35 minə yaxın əhali yaşayan Abşeron gənclər şəhərciyinin sakinləri yalnız 199 saylı marşrut avtobuslardan istifadə edə bilir. Yol boyu yaşayan əhalinin sıxlığını da nəzərə alsaq, bu ərazi üzrə yalnız bir marşrutun fəaliyyət göstərməsi sərnişinlərin avtobus problemini həll edə bilməyəcək.

Əvvəlki yazı

Azərbaycanda əməyin mühafizəsi üzrə yeni fond yaradılacaq

Sonrakı yazı

Eldar Mahmudovun kollec direktoru olan yaxın qohumu Təhsil Nazirliyinin qərarları ilə hesablaşmır-Hədə-qorxu,şantaj…

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.