ABŞ vətəndaşları Avropaya getmək üçün viza almalı olacaqlar- 2021-ci ildən

9 Mart 2019 - 11:55
101 oxunma

Amerika pasportunun əsas üstünlüyü ondan ibarət idi ki, ABŞ vətəndaşları bir sıra ölkələrə, o cümlədən Avropa dövlətlərinə vizasız gedə bilirdilər.

Azərtac xəbər verir ki, Avropa İttifaqı bu qaydaların dəyişdiyini elan edib. ABŞ vətəndaşları 2021-ci ildən başlayaraq Avropaya getmək üçün viza almalı olacaqlar. Avropa Səyahətlərə dair İnformasiya və Avtorizasiya Sisteminin (ETİAS) saytında dərc edilmiş rəsmi bəyanatda deyilir ki, bu cür sifarişlərin rəsmiləşdirilməsi üçün pasport və kredit kartı təqdim edilməlidir. Bu tələb Böyük Britaniya istisna olmaqla, Avropa İttifaqının bütün ölkələrinə səfərlərə şamil edilir.

Aİ-nin sənədinə əsasən, ABŞ və daha 59 ölkə üçün viza tətbiq edilməsi qərarı qeyri-leqal miqrasiyanın və terror təhlükəsinin artması ilə bağlıdır.

ABŞ vətəndaşlarının Avropaya viza almaları üçün onların qüvvədə olan pasportu, kredit və ya debet kartı və elektron poçtu olmalıdır. ETİAS məlumat bazasında qeydiyyat zamanı təqdim edilən pasport onun sahibinin Avropa ölkəsində olması nəzərdə tutulan müddətdən sonra azı 3 ay qüvvədə olmalıdır.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"