06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ-Türkiyə-Rusiya əməkdaşlığı Fəratın şərqindən başlaya bilər – TƏHLİL

15 Dekabr 2018, 22:18
Manşet
A A
ABŞ-Türkiyə-Rusiya əməkdaşlığı Fəratın şərqindən başlaya bilər – TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 14 dekabr 2018-ci il

 

Fəratın şərqilə bağlı Türkiyə öz strateji həmlələrini etməyə başlayarkən, buna qarşı ABŞ-dan hansı əks-həmlələrin gələ biləcəyini anlamamız üçün Vaşinqtonun bugünkü durumunun dəqiq mənzərəsini görməyimiz lazımdır.

Sizə Vaşinqtondakı mövcud durumu çatdırmaq istəyirəm.

1. İŞİD-ə qarşı mübarizədə YPG ilə birlikdə hərəkət ediləcəyinin açıqlandığı ilk gündən bugünədək ABŞ rəhbərliyi regiona yönəlik əhatəli və tutarlı bir strategiya formalaşdırmayıb.

2. Prezident Tramp siyasi baxımdan heç bir zaman Suriyaya diqqət verməyib. Bu siyasi boşluğa görə iplər CENTCOM və Müdafiə naziri Mattisin əlinə keçib. Şimali Suriya və Fəratın şərqilə bağlı qərarlar alınarkən Ağ Ev daima kənarda saxlanılıb. Pentaqon hər zaman işin içində olub. Ortada uzunmüddətli baxış və strategiya olmadığına görə, hərbçilər daima gündəlik, əməliyyat meydanının o andakı ehtiyaclarına baxaraq qərarlar alıblar. Bu gün də eyni durum davam edir.

 

Rusiya faktoru

 

3. ABŞ ortaya siyasi mövqe qoymadığına görə, Rusiya Suriyada daha güclü olaraq dövrəyə girə bilib. Ruslar konstitusiya işləyib hazırlama və siyasi addımlar atma zamanı gəldikdə nələr edilməsinin lazim olduğunu müəyyən edərək, ABŞ-a anlatmağa başladılar. Bunu iki liderin keçirdiyi zirvə görüşlərindən əlavə, Vaşinqtonla Moskva arasında qurulan gizli mexanizmlər vasitəsilə də edirlər.

4. Vaşinqtondakı qurumlar arasında yalnız Xarici İşlər Nazirliyi və Pentaqon öz daxili tutarlılığını qoruya bilib.Digər qurumlar Ağ Evdəki dağınıqlığı əks etdirirlər, eynilə onun kimi dağınıqlıq içindədirlər. Diplomatlar Suriya ilə bağlı ortaya siyasi mövqe qoyulmamasına görə narahatdırlar. Bunun bütün kozırların Rusiyanın əlinə verilməsi mənasına gəldiyini düşünürlər. Həmin kəsimə mənsub və hakimiyyət daxilində Türkiyəyə ən isti baxan şəxs olan Ceyms Cefri ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi olan kimi, hakimiyyətin siyasi mövqeyinin dəqiqləşməsini istəyən qurumlar hərbçilərin hegemoniyasına qarşı hərəkətə keçdilər.

 

Müşahidə məntəqələri 

 

5. Hakimiyyətin diplomatik qanadı Suriya məsələsində Türkiyənin Rusiya ilə birlikdə təsirli olmasından son dərəcə narahatdır və bu durumun ABŞ-ı oyundan kənarda qoyduğunu vurğulayaraq, Ağ Evə təsir etməyə çalışır. Ceyms Cefrinin Astana prosesinə qarşı verdiyi açıqlamalar və İdlibdə ABŞ-ı da dövrəyə soxacaq addımlar atmağı planlaşdırması məhz bu kontekstdə dəyərləndirilməlidir.

Hakimiyyətin hərbi qanadı, Milli təhlükəsizlik müşaviri Con Boltonun da dəstəyini alaraq, sərhəddə müşahidə məntəqələri yaratmaqla əks-həmləsini bu şəraitdə etdi. Türkiyənin, təbii olaraq, əks-reaksiyasına səbəb olan bu həmlə Vaşinqtonda davam edən mübahisələr kontekstində dəyərləndirilməli və anlaşılmalıdır.

6. ABŞ hakimiyyətinin Suriya ilə bağlı mövqeyində ən aydın olan şey, Türkiyə ilə Rusiyanın artıq strateji tərəfdaş kimi hərəkət etməsindən duyulan dərin qayğıdır. Hakimiyyətin həm diplomatik, həm də hərbi qanadı bilir ki, Rusiya, Fəratın şərqini Türkiyə ilə ABŞ-ın arasının daha da pozulmasına səbəb olacaq bir yer olaraq görür və dəyərləndirir.

7. Türkiyə ilə ABŞ arasındakı hərbi rabitə kanalları heç bir zaman bağlanmayıb. Bu gün yeniləri əlavə edilərək, sıx əlaqə davam etdirilir. Hərbi əməliyyat meydanında tərəfləri qarşı-qarşıya gətirəcək hər hansı bir qəzanın olmaması üçün bütün əlaqə yolları intensiv şəkildə istifadə edilir. Diplomatlar isə Rusiyanın gözləntiləri reallaşmasın deyə, Türkiyə ilə ABŞ-ın arasının daha da pozulmaması üçün mümkün çarələr üzərində düşünürlər. YPG-nin cənuba, Deyr əz-Zor bölgəsinə çəkilməsi durumunda, Türkiyənin qayğılarının azalacağını və əməliyyata ehtiyac qalmayacağını söyləyənlər də var. Hərbçilər arasında buna qarşı çıxanlar mövcuddur.

YPG-ni regiondakı İran milislərinə qarşı təsirli güc olaraq istifadə etməyi düşünənlər də onun cənuba doğru çəkilməsi fikrinə qarşı çıxırlar.

 

İdlib modeli 

 

8. ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Cefri, Türkiyənin İdlibdə Rusiya ilə birlikdə başlatdığı, sonra Almaniya və Fransanı da daxil etdiyi prosesin önəmli olduğunu və hələlik bəzi məqsədlərə nail olunmasa da, bu prosesin çox yaxın zamanda Suriyada başladılması hədəflənən siyasi və konstitusiyanın işlənib hazırlanması prosesi üçün model ola biləcəyini düşünür. Məhz bu üzdən İdlibdə ABŞ-ın da Rusiya və Türkiyə ilə əməkdaşlıq etməsinın lazım olduğu fikri hakimiyyət daxilində səsləndirilməyə başlanıb. Hakimiyyət daxilində, baş tutduğu təqdirdə, bu əməkdaşlığın daha sonra Fəratın şərqində ABŞ-Türkiyə-Rusiya əməkdaşlığına da təməl ola biləcəyi fikrində olanlar var.

9. Regionda bir kürd qurumunun yaradılması ilə bağlı Rusiya və ABŞ-ın anlaşması durumunda, bunun Türkiyəni narahat etməyəcək formada necə ediləcəyi də Vaşinqtonda üzərində baş sındırılan məsələlər arasındadır. Rusiyanın təklif etdiyi “Şimali İraq modeli”nin həyata keçirilməsinin mümkün olub-olmaması üzərində düşünüldüyünü də bilmək lazımdır.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Dünyanın ən xoşbəxt məkanı məlum olub- Tokio şəhərindəki “Disneyland” əyləncə parkı

Sonrakı yazı

Fonddan Bakı Klinik Tibbi Mərkəzə göndərilən şəxsdən pul istəyiblər? – ŞİKAYƏT

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.