ABŞ senatoru UNO ilə bağlı məlumatları açıqlayacaq- Prezident seçiləcəyi təqdirdə

10 Avqust 2019 - 13:26
53 oxunma

Birləşmiş Ştatların Vermont ştatından olan senator Berni Sanders deyib ki, 2020-ci ilin prezident seçkilərində qalib gələcəyi təqdirdə yadplanetlilərin həyatı və naməlum uçan obyektlərlə (UNO) bağlı informasiyaların mövcud olduğu məlum olarsa, o bunları cəmiyyətə açıqlayacaq.

Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, prezidentliyə namizəd bu fikirləri Absolyut Döyüş Çempionatı çərçivəsində döyüşlərin şərhçisi və teleaparıcı Co Roqanın proqramında səsləndirib. Müsahibənin videoyazısı YouTube kanalında göstərilib və ona bir axşam ərzində rekord sayda – 5 milyon tamaşaçı baxıb.

Teleaparıcı sual verib ki, əgər Siz Prezident seçilsəniz və UNO-lar haqqında məlumatınız olsa, onları ictimaiyyətlə bölüşmək istərsiz? Sanders cavabında zarafatla bildirib ki, onun həyat yoldaşı bu məlumatı jurnalistlərə çatdırmaqda təkid edəcək. Əlavə edib ki, xanımı Ceyn yadplanetlilərin mövcudluğu nəzəriyyəsini ciddi qəbul etmir, amma ondan tez-tez bununla bağlı məxfi informasiyalar almağa çalışır. Senator xanımının ona verdiyi sualı da təkrarlayıb: “Berni, nə baş verir, sənin məxfi materiallardan xəbərin olur?” Eyni zamanda, Sanders hazırda onda bu cür məlumatların olmadığını qeyd edib. Co Roqanın “bəlkə bu materiallardan xəbəriniz var və bizdən gizlədirsiniz?” sualına cavabında isə senator bildirib ki, bu barədə seçkilərdən əvvəl iştirak edəcək şouda danışacaq.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"